“Azərbaycan Qafqaz regionunda ən vacib tərəfdaşımızdır”
Tarix: 26.02.2015 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


“Azərbaycan Qafqaz regionunda Rusiyanın ən vacib iqtisadi-ticarət və siyasi tərəfdaşıdır”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Şurasının beynəlxalq komitəsinin sədri Konstantin Kosaçov deyib. O qeyd edib ki, Cənubi Qafqaz respublikaları hərəsi ayrı-ayrılıqda Rusiya üçün vacibdir. Kosaçov Azərbaycan rəhbərliyinə rus dilinə və ölkədə yaşayan ruslara olan münasibətinə görə təşəkkür edib. Rusiya ilə Azərbaycan arasındakı humanitar əməkdaşlığın dövlət səviyyəsində böyük layihələri nəzərdə tutduğunu deyən rusiyalı parlamentari iki ölkə arasındakı tərəfdaşlığın vacib istiqamətlərdən biri kimi energetika sahəsini önə çəkib. Regional mövzuya toxunan Kosaçov Azərbaycanı Rusiyanın ən vacib tərəfdaşı adlandırıb. Rusiyalı parlamentari qeyd edib ki, ölkəsi Azərbaycan, Ermənistan və Gürcüstanın qonşusu kimi regionda mövcud olan münaqişələrin güc yolu deyil, siyasi anlaşmalar vasitəsi ilə həllinə tərəfdardır.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Gürsel Baran: “Azərbaycanda özümüzü evimizdəki kimi hiss etdik”
24.04.2019
Müxalifət dəyişməlidir...
23.04.2019
“Erməni soyqırımı”, yalanlar və gerçəklər: Qərbin Türkiyəni şantaj siyasəti
23.04.2019
Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
22.04.2019
Azərbaycan dövlətçilik tarixinin inkişaf mərhələlərinə ümumi bir baxış

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info