Xocalı qurbanları Berlin, Vilnüs və Parisdə də anılıb
Tarix: 27.02.2015 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Berlinin Potsdam meydanında yerləşən “CinemaxX” kinoteatrında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin nümayişi və “Khojaly Witness of a war crime - Armenia in the Dock” (Müharibə çinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) adlı kitabın təqdimatı olub.
Avropa Azərbaycan Cəmiyyətindən (AAC) verilən məlumata görə, tədbirdə 350-dən artıq dəvətli - Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, parlamentarlar, ictimai-siyasi, elm və incəsənət xadimləri, iş adamları, Azərbaycan diasporunun nümayəndələri və KİV təmsilçiləri iştirak edib. Almaniya Bundestaqının üzvü, Almaniya - Cənubi Qafqaz Parlamentlərarası Dostluq Qrupunun sədri Karen Strenz Azərbaycan-Almaniya münasibətlərinin tarixi kökləri və hazırkı vəziyyətindən, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyindən, həmçinin “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən məlumatlandırma işlərinin beynəlxalq əhəmiyyətindən danışıb. Avropa Azərbaycan Cəmiyyətinin sədri və təsisçisi Tale Heydərov çıxışında rəhbərlik etdiyi təşkilatın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Avropa və Türkiyədə keçirilən silsilə tədbirləri təşkil etməkdən qürur duyduğunu söyləyib. “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının həmmüəlliflərindən biri İan Pört məlumat verib ki, bu kitab Xocalı qırğını barədə Qərbdə ingilis dilində işıq üzü görən ilk müstəqil nəşrdir. Anım gecəsinin rəsmi hissəsindən sonra “Sonsuz dəhliz” sənədli filminin Berlin premyerası keçirilib. Azərbaycanın Litvadakı səfirliyi Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Vilnüs şəhər sarayında (Ratuşa) Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı “Həyat üçün qan” adlı anma mərasimi keçirib. Tədbirdə Litva Seymində Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun sədri Yuras Pojela, GUAM-a üzv ölkələrin ərazi bütövlüyü üzrə qrupun rəhbəri Mantas Adomenas və Seymin deputatları, Litva Olimpiya Komitəsinin prezidenti və bir sıra nazirliklərin vəzifəli şəxsləri, QHT rəhbərləri, ictimai-siyasi xadimlər, mədəniyyət xadimləri, media nümayəndələri və Litvada yaşayan soydaşlarımız iştirak ediblər. Avropa Azərbaycan Cəmiyyətinin “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi silsilə tədbirlərin sonuncu ünvanı Paris olub. Belə ki, Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində “Sonsuz dəhliz” sənədli filminin nümayişi keçirilib. Fransa Milli Assambleyasının deputatı, parlamentdəki Fransa-Azərbaycan Dostluq Qrupunun üzvü və Azərbaycanın Dostları Assosiasiyasının sədri Jean-Frank Mancel çıxışında “Xocalıya ədalət!” kampaniyası çərçivəsində nümayiş olunacaq “Sonsuz dəhliz” sənədli filmi vasitəsilə insanların Xocalı qətliamı haqqında daha çox məlumat əldə edə biləcəyi əminliyini ifadə edib. Millət vəkilinin sözlərinə görə, bu film faciənin nə üçün və necə baş verdiyini açıqlayır.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info