Qazaxıstanda oxuyan tələbələrimizdən Xocalı ilə bağlı tədbir
Tarix: 27.02.2015 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Qazaxıstanda ali təhsil alan bir qrup azərbaycanlı tələbələr bu ölkədə Xocalı ilə bağlı tədbir keçiriblər. Tələbələr adından bizə ünvanlanan müraciəti və tədbir haqqında olan məlumatı bizə çatdıran Ruslan Dost Əlinin dediklərini oxuculara təqdim edirik:
“İlk öncə onu qeyd edim ki, Xocalı soyqırımını dünyada tanıtmaq, təbliğ etmək xaricdə təhsil alan tələblərin başlıca məqsədlərindən olmalıdır. Qazaxıstanda Ahmet Yesevi Universitetinin azərbaycanlı tələbələri olaraq, biz də üzərimizə düşəni, əlimizdən gələni etməyə çalışdıq. Hər halda öz gücümüzə nələrisə etməyi bacardıq. Nə qazandıq? Onu qazandıq ki, tıvalı, yakutiyalı, özbəkistanlı, qırğızıstanlı, dağıstanlı, əfqanıstanlı, türkmənistanlı, türkiyəli, qazaxıstanlı və s. tələbələrə dünyada ermənilər kimi qatil, nasist məxluqların olduğunu tanıtmış olduq. Təəssüf hissi ilə demək istəyirəm ki, nəinki bu tələbələrin (Türkiyəli türkləri çıxmaq şərtilə) çoxu, heç universitetdəki Kazak müəllimlərin əksəriyyəti Xocalının adını belə bilmirdilər. İlk öncə fevralın 25-də Türkistan şəhərində yerləşən universitetimizin mədəniyyət sarayında Xocalı ilə bağlı bir tədbirimiz gerçəkləşdi. Tədbirə tələbələrlə yanaşı müəllimlər də qatıldılar. Açılışda ilk olaraq bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbir iştirakçılarına Xocalıda baş vermiş soyqırımın fotoşəkilləri, videolentləri, göstərildi. Sonra Hazırlıq fakültəsinin türkiyəli müəllimi Murad Yatağan Azərbaycanda olarkən Xocalı soyqırımından sağ çıxanların anlatdığı acı gerçəkləri böyük ağrıyla danışdı və “Xocalı tək Azərbaycana qarşı deyil, bütün türk dünyasına qarşı törədilən əsrin ən böyük faciəsidir” - deyə vurğuladı. Tədbirin davamı olaraq bir neçə azərbaycanlı və türkiyəli tələbələrimiz Xocalı haqqında şeirlər söylədilər.
Son olaraq bütün tədbir iştirakçıları Türkistan məzarlığında şəhidlərimizin xatirəsinə qoyulmuş olan məzar daşını ziyarət etməyə dəvət edildi. Bu məzar daşının qarşısına qərənfil qoyuldu və şəhidlərimizin ruhuna quran oxundu. Tələbələr və müəllimlər şahidi olduqları vəhşiliklərdən dolayı dərdimizə şərik olduqlarını böyük hüznlə bildirdilər və tədbir bununla da yekunlaşdı.
26-sı günü Kentav şəhərində yerləşən Hazırlıq fakültəsi bölümündə tədbirimizin ikinci hissəsini gerçəkləşdirdik. Tədbiri çıxış söz ilə açan fakültəmizin türkiyəli rəhbəri, əsli Qarabağdan olan Xəlil Adıyaman hazırkı İrəvan ərazisinin də türklərə məxsus olduğunu qeyd edərək, Azərbaycanın bu basqından sonra düşdüyü durumlarından danışdı. Sonra ermənilərin günahsız körpələrin başına gətirdikləri zülmlərin, onlara verilən işgəncələrin bir qismi mətn olaraq türk, kazak və rus dillərində müxtəlif ölkələrdən gəlmiş tələbələrin dilindən səsləndirildi. Bayrağımızın önündə şeirlər söylənildi, bir neçə videolentlər izlənildi. Beləcə “23 yaşlı Xocalı”nı tanımayan yüzlərlə gənc, onlarla müəllim bu soyqırımı haqqında məlumatlı oldular. Sarsıldıq, üzüldük, andıq, ağrıdıq. Ancaq bu il də Xocalısız qaldıq. Gələcəkdə belə tədbirlərin daha geniş keçirilərək, Qazaxıstan mediasına kütləvi şəkildə çıxacağına nail olacağıq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Gənclik olaraq deyirik ki sizləri unutmadıq, unutmayacağıq və unutdurmayacağıq da! Bütün Türk Dünyasının başı sağ olsun”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info