Yüzlərlə insanın yaşamaq hüququnu əlindən alan faciəni görmək istəməyənlər...
Tarix: 27.02.2015 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Beynəlxalq birliyin Azərbaycana qarşı ikili standart mövqeyi bir çox hallarda özünü göstərir. Əslində, beynəlxalq təşkilatlar hər zaman öz maraqları naminə bu kimi münaqişələrdən istifadə ediblər. Hətta əksər hallarda özləri belə münaqişə zonaları yaradırlar ki, dünyanın ictimai-siyasi nizamını əllərində saxlasınlar.
Bu gün Qarabağ münaqişəsini “dondurub”, Krım məsələsini gündəmdə saxlamaları bunu bir daha aydın göstərir. Aidiyyəti beynəlxalq təşkilatlar hələ də Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa məcbur edə bilmir. Bu kimi hallar da, Azərbaycanı hər zaman narahat edir. Bugünlərdə Münhendə keçirilən 51-ci Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev beynəlxalq təşkilatların ikili standart siyasətini kəskin tənqid edib. Prezident bildirib ki, Ermənistanın üzərində kifayət qədər beynəlxalq təzyiq yoxdur: “Biz bəzən onu görürük ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat olmasa da, bir neçə gün ərzində yerinə yetirilir. Bizə gəldikdə isə 1990-cı illərin əvvəllərində BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə var və onların heç biri yerinə yetirilməyib. Fikrimcə, təcavüzkara adekvat təzyiq göstərmək üçün vasitəçilərdə siyasi iradənin olmaması bizim bu gün üzləşdiyimiz real vəziyyətə gətirib çıxarıb. Çünki Ermənistan əsasən asılı olan ölkədir. Bu ölkə özünü təmin edə bilmir. Onlar inkişaf edə bilmirlər və hətta onların dövlətçiliyi belə sual altındadır. Ermənistana xarici dəstək göstərilmədən bu ölkə yaşaya bilməz. Onlara dəstək əsasən Minsk qrupuna həmsədrlik edən ölkələr tərəfindən göstərilir. Bu da paradoksdur. Biz burada ikili standartları görürük və bu məsələ bizi məyus edir. Qeyd etmək istəyirəm ki, postsovet məkanındakı bütün münaqişələrə eyni münasibət göstərilməlidir. Azərbaycanın ərazi bütövlüyü indi hər kəsin haqqında danışdığı Ukraynanın ərazi bütövlüyü kimi eyni dəyərə malikdir”. Dövlət başçısının fikrincə, ikili standartlar siyasəti beynəlxalq gündəlikdən çıxarılan kimi Dağlıq Qarabağ münaqişəsi də tez bir zamanda öz həllini tapacaq.
Beynəlxalq təşkilatlar Qarabağ məsələsi ilə yanaşı, Azərbaycanda insan haqları, demokratiya sahəsində görülən işlərə də ikili standart mövqeyindən yanaşırlar. Hətta iş o yerə çatıb ki, həmin təşkilatlar hazırda konkret cinayətə görə həbs olunan şəxsləri belə, müdafiə etməkdən çəkinmirlər. Belə ki, Avropa Şurası Parlament Assambleyasının sədri Anna Brasser öz “Twitter” hesabında Xocalı soyqırımının anım günlərində ermənilərlə əlbir işləyən Arif və Leyla Yunusları müdafiə edib. Qəribədir ki, dövlətə xəyanətdə ittiham olunan iki nəfərə görə narahat olan ASPA rəsmisinin yüzlərlə insan ölümünə görə vicdanı sızlamır. Onun Xocalı soyqırımında şəhid olan insanlar barədə heç nə yazmaması artıq ikili standartların aşkar təzahürüdür. Bununla yanaşı, Anna Brasser öz insan haqqını erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması məsələsində də göstərə bilər. Bu girovların azad olunması üçün 10-dan çox beynəlxalq təşkilata müraciət göndərilib. Eləcə də, Anna Brasserin rəhbəri olduğu AŞPA-da onların ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsi irəli sürülüb. Lakin hələ də beynəlxalq təşkilatlar bu məsələyə biganə münasibət göstərirlər. Biz Qarabağ məsələsi, həmçinin Xocalı faciəsi və girovlarla bağlı Anna Brasserin “Twitter” hesabında ona cavab “twitt”ləri yazdıq. Lakin AŞPA rəhbərindən bu məsələlərlə bağlı heç bir cavab gəlmədi. O, öz susqunluğuna dözə bilməyib, sonda “twitt”lərimizi blokladı. Anna Brasserin bizi cavabsız qoyması özünün və rəhbəri olduğu təşkilatın ikili standart mövqe nümayiş etdirməsidir. Yüzlərlə insanın yaşamaq hüququnu əlindən alan faciəni görmək istəməyənlər dünyada insan hüquqlarından necə danışırlar?

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Türkiyədə ən çox daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarıdır
17.06.2019
Baş Prokurorluq və DİN rəsmi məlumat yayıb
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info