Ukrayna saytı Xocalı soyqırımına həsr olunub
Tarix: 27.02.2015 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Ukraynada informasiya saytları arasında özünəxas yer tutan “newsplanet.com.ua” (Xəbərlər Planeti) portalı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində “XOCALI SOYQIRIMI -23 il” adı altında 26 fevral günü səhifələrini bütünlüklə Xocalı faciəsinə həsr edib. “Newsplanet.com.ua” xəbər portalı Ukraynada, Rusiyada, MDB və Baltikyanı ölkələrdə, Azərbaycanda və Avropa ölkələrində, Orta Asiyada, həmçinin, Qafqaz bölgəsində baş verən, aktuallığı ilə seçilən gündəlik siyasi, iqtisadi, mədəni və ictimai hadisələri, politoloqların, jurnalistlərin bu və ya digər hadisələrə fikirlərini özündə cəmləşdirən informasiya saytıdır. Portalın 26 fevral səhifəsində Xocalı soyqırımını təzahür etdirən faktlar, hadisələr, Azərbaycanda Prezident İlham Əliyev başda olmaqla, Millət vəkillərinin, nazirlərin, dövlət orqanları rəhbərlərinin və Azərbaycan ictimaiyyətinin bu faciənin 23-cü ildönümünə həsr olunmuş anım mərasimində iştirakı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Türkiyədə keçirilən mərasim tədbiri, eyni zamanda, Ukraynada, Moldovada, Litvada və digər ölkələrdə bu faciə ilə bağlı keçirilən anım mərasimləri xüsusi yer alıb. Foto xəbərləri bölməsində fransalı fotoqraf Federiki Lenqeynin erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə azərbaycanlılara qarışı həyata keçirilmiş genosidi və xüsusi amansızlıqla törədilən cinayəti əks etdirən digər fotolar, video süjet bölməsində Azərbaycan bəstəkarı Sevinc Tofiq qızının “Xocalı fəryadı” adlı xüsusi videolayihə, həmçinin, Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin birinci katibi Sabir Rzanın müəllifi olduğu , Xocalı faciəsini bədii tərzdə özündə əks etdirən “Məktəb gözətçisinin hekayəsi” də yerləşdirilib. Saytın səhifəsində Ermənistanın Azərbaycana qarşı hərbi-siyasi təcavüzünün dünya ictimaiyyəti tərəfindən ittiham edilməsi, Ermənistan canilərinin Beynəlxalq məhkəmədə cəzalandırılması ilə bağlı müxtəlif fikirlərə də yer verilib. Ukraynada fəaliyyət göstərən xəbər portalının 26 fevral günü bütün materialların Xocalı soyqırımına həsr edilməsi haqqında Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin rəsmi saytında məlumat verilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info