İsmayıllıda premyera olub
Tarix: 27.02.2015 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


ADDIM Gənclər təşkilatı və Gənclər üçünTəhsil Mərkəzi Gənclər paytaxtında Xocalı faciəsinin 23-cü il dönümünə həsr olunmuş ilk tədbirini həyata keçiriblər. Tədbirin tərəfdaşı İsmayıllı rayon Gənclər və İdman İdarəsi idi.
Tədbir saat 12:00- da İsmayıllı Rayon İcra Hakimiyyətinin Mədəniyyət sarayında baş tutub. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov başda olmaqla digər icra hakimiyyəti nümayəndələri, Gənclər və idman İdarəsi nümayəndələri, Mədəniyyət Saray kollektivi, Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynov, ADDIM Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə ,“Gənclər üçün Təhsil Mərkəzi ” İB-nin sədri Fəxrəddin Həsənzadə, təşkilatların digər nümayəndə heyəti, “Atilla” jurnalının baş redaktoru Gülşən Behbud, bəstəkar Tahir Əkbər, 300 nəfər İsmayıllı gənci və media nümayəndləri iştirak edib.
Dövlət qulluğu veteranı Valeh Salehov tədbiri açıq elan edib və tədbir iştirakçılarını Şəhid Xocalıların xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.
Anım mərasimi Mədəniyyət sarayının Xocalıya həsr olunmuş tamaşası ilə davam edib. Ardınca ADDIM Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə tədbirin məqsədinin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə, soyqırımın miqyasının daha dərindən dərk edilməsinə xidmət etdiyindən və Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının əhəmiyyətindən danışıb. “Gənclər üçün Təhsil Mərkəzi ” İB-nin sədri Fəxrəddin Həsənzadə çıxışında, Xocalı soyqırımı zamanı tökülən qanların yerdə qalmayacağından, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə torpaqlarımızın bütövləşəcəyindən, işğalçılardan tam təmizlənəcəyindən, qüdrətli Azərbaycan ordusunun böyük qələbəyə çatacağından danışıblar. Sonra Gənclər paytaxtında ilk layihə olaraq "NARGİS Publishing House" tərəfindən hazırlanmış “Xatirə” qısametrajlı filmi nümayiş olunub. Xocalıdan məcburi köçkünün xatirəsindən bəhs edən filmin müəllifi Fuad Golddur. Daha sonra əfsanəvi Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynova həsr olunmuş sənədli film nümayiş etdirilib. Filmin nümayişindən sonra Qarabağ döyüşlərinin fəal iştirakçısı, hadisələrin şahidi ordenli hərbçi İbad Hüseynov çıxış edib, gəncləri vətən uğrunda döyüşə hazır olmağa çağırıb.
Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İbad Hüseynova və ADDIM, Gənclər üçün Təhsil Mərkəzinin rəhbərlərinə Azərbaycanın gənclər paytaxtı kimi ilk vətənpərvərlik tədbirin İsmayıllıda keçirdikləri, “Xocalıya ədalət” təbliğat kampaniyasında fəal iştirak etdikləri üçün təşəkkürünü bildirib.
Tədbirdən sonra Heydər Əliyev Mərkəzi ziyarət olunub.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Azərbaycan Çinə nar şirəsi və nar şərabı ixrac edəcək
20.05.2019
Arif Məlikovun xatirəsinə ucaldılacaq heykəllə bağlı Komissiya yaradılacaq
20.05.2019
İdxal əməliyyatlarının sahibkarların öz adlarına rəsmiləşdirilməsinə nail olunub
20.05.2019
Səudiyyə Ərəbistanı Kralı: “Qardaş Azərbaycan dövlətinə və xalqına davamlı inkişaf arzu edirəm”
20.05.2019
Azərbaycan məhsulları dünyanın “xırdavat mallar paytaxtı“na ixrac ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info