Nijnevartovskdakı küçələrdən birinə azərbaycanlının adı verilib
Tarix: 27.02.2015 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


Məşhur azərbaycanlı geoloq-neftçi, Sibir neftini kəşf etmiş geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı, Rusiya Federasiyasının əməkdar geoloqu Fərman Salmanovun şərəfinə Nijnevartovskdakı küçələrdən birinə onun adı verilib.
Nijnevartovsk şəhər administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bu haqda qərar şəhər toponimika şurasının iclasında qəbul edilib. Həmin küçəyə Yuqorsk neft yatağını kəşf etmiş şəxsin adının verilməsi təklifini Nijnevartovsk ictimaiyyətçiləri irəli sürüblər. Təqribən 600 nəfərin iştirak etdiyi onlayn səsvermə zamanı bu variant ən çox səs toplayıb.
Fərman Salmanov 1931-ci il iyulun 28-də Azərbaycanın Şəmkir rayonunda anadan olub. Geologiya sahəsində görkəmli mütəxəssis, dünya şöhrətli alim və təcrübəli geoloq Fərman Salmanov 30 ildən çox Qərbi Sibirdə işləyib. 1970-1980-ci illərdə Fərman Salmanovun rəhbərliyi ilə aparılmış geoloji-kəşfiyyat işləri nəticəsində 150-dən çox neft və qaz yatağı kəşf edilib.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info