Latviyada Xocalı tədbirində latış dilində muğam səsləndirilib
Tarix: 27.02.2015 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Latviyanın Riqa şəhərində yerləşən Redison Blu otelində Azərbaycan Respublikasının Latviyadakı səfirliyinin və Azərbaycan Respublikası Dağlığ Qarabağ bölgəsi Azərbaycanlı İcmasının dəstəyi və təşkilatcılığı ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində anım mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Elman Zeynalov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Fuad Kərimov, Latviya parlamentinin deputatı Roman Naudinş, bir cox azərbaycanlı və latviyalı iş adamları və Latviyada təhsil alan azərbaycalı tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan səfir 1992-ci il 26 fevral tarixində Xocalıda erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər haqqında dolğun məlumat verib.
Daha sonra çıxış edən Latviya parlamentinin deputatı Roman Naudiniş,Latviya Seyminin Azərbaycanla parlamentlərarası dostluq qrupunun iclasında Xocalı faciəsi qurbanlarının Xocalı soyqırımı ilə əlaqədar, Azərbaycanla parlamentlərarası dostluq qrupu adından qəbul olunmuş bəyanatı Azərbaycan Respublikasının Latviyadakı səfiri Elman Zeynalova təqdim edib.
Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Fuad Kərimov 26 fevral – Azərbaycan xalqı ücün çox kədərli bir gün olduğunu qeyd edərək, 1992-ci ildə Xocalıda dinc azərbaycanlılara qarşı baş verən bu soyqırımın bütün insanliğa qarşı islədilmiş bir cinayət olduğunu, həmçinin dünyanın bir sıra ölkələrinin, o cümlədən Latviyanın aparıcı mediasında Xocalı soyqırımı haqqında məqalələr dərc olunaraq beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılması haqqında xəbər verib.
Latviyada təhsil alan azərbaycanlı tələbələr adından tədbirdə çıxış edən Azər Abbasov 26 fevral tarixinin Azərbaycan xalqı ücün qara bir gün olduğunu qeyd edərək bildirib ki, şəxsən özü Qarabağın Şuşa şəhərində anadan olub. Onun ailəsi Qarabağ işğalından əziyyət görərək oranı tərk edəndə onun 2 yaşı var idi. Xocalıda erməni əsgərləri tərəfindən törədilən vəşilikləri ömür boyu unuda bilməyən gənc soydaşımız heç zaman heç kimə öz vətənindən və öz torpağından uzaq düşməyi arzu edib.
Daha sonra tədbir iştirakçılarına ilk dəfə olaraq latış dilində həzin Azərbaycan muğamı səsləndirilib və Xocalı faciəsi ilə bağlı çəkilmiş film nümayiş olunub.
Eyni zamanda həmin gün Azərbaycanın Latviyadakı səfirliyi XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar fevralın 26-da yürüş təşkil edib. Latviyanın Azərbaycanlı Gənclər Hərəkatının üzvləri, AZƏRİ Gənclər Təşkilatı, habelə ölkədə təhsil alan əcnəbi tələbələr Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiramlarını bildirmək və dünya ictimaiyyətinin diqqətini erməni faşistləri tərəfindən törədilən bu bəşəriyyət əleyhinə cinayətə yenidən cəlb etmək üçün bir yerə toplaşıblar.
Riqanın əsas küçələrindən keçən aksiya iştirakçıları ingilis və Azərbaycan dillərində “Xocalıya ədalət!”, “Biz ədalət istəyirik!” şüarlarını səsləndiriblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info