HƏMRƏY -dən çağırış
Tarix: 27.02.2015 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


“Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi "Virtual Qarabağ" İKT Mərkəzi və ADNA Tələbə Həmkarlar İttifaqı Komitəsilə birgə “Xocalı soyqırımı” ilə əlaqədar “Unutqanlığı unudaq” çağrışı ilə tədbir keçirib. Tədbiri Mərkəzin rəhbəri, “Bizim Nəsil” Gənclərini Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin sədri Nurəddin Mehdiyev açaraq, bu günün tarixi barədə ətraflı məlumat verdi. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə diqqəti çəkərək bu sahədə ümummilli lider Heydər Əliyevin apardığı əzmkar siyasətdən, bu siyasəti Prezident İlham Əliyevin inamla davam etdirməsindən danışıb. Vurğulanıb ki, bu soyqrımın dünya ictimaiyyətinə çatdırılması və tanıdılmasında Heydər Əliyev Fondunun, xüsusilə, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət” kampaniyasının xüsusi rolu olub.O, həmçinin Mərkəzin gördüyü işlərlə gəncləri tanış edib. Sonra “Həmrəy”in sədri Yəhya Babanlı bu hadiənin milli dövlətçiliyimizə mənəvi zərbə vurduğunu və “Xocalı soyqırımı”nın bütövlükdə bəşəriyyətə qarşı edilən vəhşilik olmaqla yanaşı milli genefondumuza edilən qəsb olduğunu qeyd edib. Azərbaycan gənclərinin bu faciəni dünya ictimaiyyətinə catdırmaqda missioner olmalarının onların mənəvi borcu olduğunu bildirib. Belə tədbirlərin gənclərimizin milli dövlətçiliyimiz naminə birləşməsinə və dövlət başçımızın müəyyənləşdirdiyi milli strateji xətt ətradında həmrəyliyinə vəsilə olduğunu söyləyib. Daha sonra ADNA Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəfər Qurbanov tədbirin tələbə-gənclər üçün mənəvi əhəmiyyətindən danışaraq hər bir tələbənin, gəncin milli dövlətçiliyimizi, müstəqilliyimizi qorumaq ən ümdə vəzifəsi olduğunu deyib. Gənclərin dahi öndər Heydər Əliyevin strategiyası ilə irəliləyərək dövlətimizin beynəlxalq aləmdə mövqeyinin güçlənməsinə xidmət etməli olduğunu vurğulayıb. Sonda Mərkəzin istesalı olan “Qarabağa doğru” filmi nümayiş etdirilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info