Avstraliyada “Xocalıya ədalət” adlı məlumatlandırma tədbiri həyata keçirilib
Tarix: 28.02.2015 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı səfirliyinin və “Avstraliya Azərbaycan Mədəniyyət Assosiasiyası”nın birgə təşkilatçılığı ilə Kanberra şəhərində “Taqranonq İncəsənət Mərkəzi”ndə Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş “Xocalıya ədələt” adlı məlumatlandırma tədbiri həyata keçirilib. Tədbirə yerli ictimaiyyət, mətbuat işçiləri, diplomatik korpusun nümayəndələri, Kanberra şəhərində yaşayan azərbaycanlılar və bu şəhərdə təhsil alan azərbaycanlı tələbələr qatılıblar. Tədbir zamanı Xocalı hadisələri haqqında Avstraliya ictimaiyyətinin məlumatlandılıması məqsədilə soyqırım faktını özündə əks etdirən foto şəkillərdən və dünya mətbuatında dərc olunmuş yazılardan ibarət stendlər nümayiş etdirilmiş, faciəyə dair bröşürlər və kitablar paylanılmış, Xocalı soyqırımına hüquqi qiymət verilməsini dəstəkləmək məqsədilə Avstraliya Federal Parlamentinə ünvanlanmış imzatoplama aksiyası həyata keçirilib. Qonaqlara tədbirin ikinci hissəsində faciə haqqında sənədli filmlər nümayiş etdirilmişdir.
Həmçinin 26 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyinin və Yeni Cənubi Uels ştatındakı Azərbaycan diasporunun nümayəndələrinin birgə təşkilatçılığı ilə Sidney şəhərinin mərkəzində - “Martin Place” meydanında “Justice for Khojaly” adlı məlumatlandırma-etiraz aksiyası, fotosərgi və imzatoplama kampaniyası təşkil edilmişdir. Aksiyada Sidney şəhərində yaşayan azərbaycanlılar, burada təhsil alan azərbaycanlı tələbələr, türk icmasının nümayəndələri yaxından iştirak etmişlər.
www.change.org saytı vasitəsilə imzatoplama kampaniyası onlayn olaraq davam etdirilir. (http://www.change.org/p/australian-parliament-accept-the-khodjali-genocide)
Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info