Boksçumuz erməni rəqibini məğlub edib
Tarix: 28.02.2015 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri davam edir.
Yarışın ikinci günündə ilk olaraq boksçularımızdan 49 kiloqram çəki dərəcəsində çıxış edən Hacıbaba Fərziyev rinqə çıxıb. Amma həmyerlimiz ümidləri doğrultmayıb. O, ukraynalı Dmitri Zamotayevlə görüşdən məğlub ayrılıb. Milli komandamızın üzvü Elvin İsayev (60 kq) ikinci döyüşündə də qalib gəlib. Son Azərbaycan çempionu Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyan üzərində qələbə qazanıb. E.İsayev dörddəbir finalda tailandlı Saylom Ardee ilə üz-üzə gələcək. Yığmamızın Kuba əsilli üzvü Lorenzo Sotomayor da (64 kq) erməni boksçunu mübarizədən kənarlaşdırıb. O, Hovanes Baçkovu üstələyib. L.Sotomayorun dörddəbir finaldakı rəqibi braziliyalı Joedison de Xesus olacaq. Roman Zakirov (69 kq) “Baku Fires” klubundan yaxşı tanıdığımız Belarusu təmsil edən Məhəmməd Nuruddinova uduzub. Kamran Şahsuvarlı (75 kq) ilk görüşdə Qazaxıstan milli komandasının üzvü Rüstəm Svayevə məğlub olub. London Olimpiadasının iştirakçısı Vətən Hüseynli də (81 kq) yarışa məğlubiyyətlə başlayıb. Həmyerlimiz İsveçrə təmsilçisi Uke Smajli ilə bacara bilməyib. Qadın boksçularımız da “Strandja” turnirində çıxışlarına başlayıblar. Anaxanım Ağayeva (51 kq) irlandiyalı Keyr Smitlə dueldən məğlub ayrılıb. Dünya çempionatının gümüş mükafatçısı Yana Alekseyeva ilk görüşdə bolqarıstanlı Svetlana Kamenova ilə qarşılaşıb. Bərabər döyüşdən sonra hakimlər qələbəni yerli idmançıya veriblər. Milli komandamızın digər üzvü Anna Əlimərdanova isə (54 kq) yarışa qələbə ilə başlayıb. Boksçumuz Yunanıstan təmsilçisi Aikaterini Koutsoqeorqoponu mübarizədən kənarlaşdırıb. A.Əlimərdanova növbəti mərhələdə amerikalı Kristina Kruzla qarşılaşacaq.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Alim Nəbiyev növbəti döyüşünü Parisdə keçirəcək
19.06.2019
İki idmançımız Tunisdə dünya çempionu olub
18.06.2019
Azərbaycanın iki güləşçisi Avropa çempionu olub
18.06.2019
UEFA Avropa Liqası: “Neftçi” və “Səbail” klublarının rəqibləri müəyyənləşib
18.06.2019
“Qarabağ“ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi: Albaniyanın “Partizani“ klubu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info