“Bu gün dünyada Azərbaycan və Türkiyə kimi bir-birinə yaxın iki dövlət tapmaq mümkün deyil”
Tarix: 28.02.2015 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyənin “TRT AVAZ” kanalının İctimai Televiziya ilə ortaq yayımlanan “50 dəqiqə” verilişinin qonağı olub. Novruz Məmmədov verilişin aparıcısı Gökçen Oğanın Azərbaycanın xarici siyasəti, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Azərbaycan-Türkiyə münasibətləri barədə suallarını cavablandırıb.
Prezident Administrasiyası rəhbərinin müavini deyib ki, Azərbaycan xarici siyasətində bütün dövlətlərlə qarşılıqlı surətdə faydalı dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə önəm verir. N.Məmmədov qeyd edib ki, Azərbaycan son 23-24 ildə şərəfli bir yol keçib və regionda özünə layiqli bir yer tutub. Azərbaycan gənc bir dövlət kimi beynəlxalq münasibətlər sistemində ədalət carçısı kimi çıxış edərək, beynəlxalq hüquqda ədalətin bərpa olunması istiqamətində çalışır və xarici siyasi kursunun prioritetlərini də bu istiqamətdə möhkəmləndirib. PA rəsmisi qeyd edib ki, bu prioritetlərdən əsası bütün dövlətlərlə qarşılıqlı faydalı dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Qonşu dövlətlərlə yüksək səviyyədə əməkdaşlığın olması çox mühüm prioritetlərdən biridir. Bunsuz sabitliyə, təhlükəsizliyə nail olmaq mümkün deyil. Azərbaycan türkdilli dövlətlərlə münasibətlərə çox böyük əhəmiyyət verir: “İndiki dünyada müəyyən mənada maraqları bir olan dövlətlərin hansısa təşkilatlar, qurumlar çərçivəsində birləşməsinə çox mühüm əhəmiyyət verilir. Azərbaycan ilk illərdən özünün Avropa və Qərb dövlətləri ilə əməkdaşlığına çox mühüm əhəmiyyət verib və doğurdan da bu sahədə mürəkkəb və şərəfli bir yol keçib”. N. Məmmədov Azərbaycanın postsovet məkanı ölkələri və bütün İslam dövlətləri ilə əməkdaşlığı prioritet hesab etdiyini bildirib. N.Məmmədov torpaqlarımızın 20 faizinin Ermənistanın işğalı altında olduğunu qeyd edərək ölkəmizin uğurlarının əsasında müstəqil daxili-xarici siyasət kursu dayandığını bildirib: “Bunun əsas səbəblərindən biri həm XX, həm XXI əsrin əvvəllərində dünya tarixində çox böyük siyasi lider olan ulu öndər Heydər Əliyevin qoyduğu prinsiplərin üzərində Azərbaycan xarici siyasətini davam etdirilməsi oldu”. PA rəsmisi qeyd edib ki, Azərbaycanda Prezidentlə xalqın birliyi, bir-birinə olan etimadı, arxalanması bizi çox böyük çətinliklərdən qurtarıb. Azərbaycan və Türkiyənin türkdilli dövlətlərin əməkdaşlığında mühüm rol oynadığını diqqətə çatdıran N.Məmmədov dünyada cərəyan edən son prosesləri də dəyərləndirib. O, bas verən müəyyən hadisələrdə Qərbin məsuliyyət daşıdığını qeyd edərək vurğulayıb ki, qərblilər başa düşməlidirlər ki, hər bir ölkənin, millətin özünün həssas tərəfləri olur, bunu nəzərə almaq lazımdır. Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Novruz Məmmədov ATƏT-in Minsk qrupunun problemin həlli istiqamətində fəaliyyətinin heç bir nəticə verməməsinin təəssüf doğurduğunu bildirib. Prezident Administrasiyasının rəsmisi deyib: “Minsk qrupunun həmsədrləri heç bir prinsip ortaya qoymayıblar. İyirmi ildən artıqdır ki, onların əsas prinsipi budur: Siz özünüz barışın, özünüz razılığa gəlin, biz sizi dəstəkləyək. Onlar çox yaxşı bilirlər ki, belə şey mümkün deyil. Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən əlavə yeddi rayonunu da işğal edib”. Xocalı soyqırımından danışan Novruz Məmmədov Azərbaycan dövlətinin faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səylərini davam etdirdiyini söyləyib. Ermənistanın qonşularına qarşı münasibətinin, tarixi hadisələri siyasiləşdirməsinin düzgün olmadığını vurğulayan Prezident Administrasiyası rəhbərinin müavini rəsmi Yerevanın bununla heç nə əldə etməyəcəyini bildirib. Şöbə müdiri tarixi hadisələrin ədalət prinsipi əsasında araşdırılmalı olduğunu bildirib və əlavə edib ki, bu hadisələrə alimlər, tarixçilər tərəfindən qiymət verilməlidir. Azərbaycan-Türkiyə əlaqələrindən söhbət açan Novruz Məmmədov deyib ki, bu gün dünyada Azərbaycan və Türkiyə kimi bir-birinə yaxın, dostluq, qardaşlıq, strateji tərəfdaşlıq əlaqələri olan iki dövlət tapmaq mümkün deyil.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info