12 yaşlı Ruslan Aslanov “Qolos. Deti” şousunun finalında çıxış edəcək
Tarix: 28.02.2015 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Ukrayna Azərbaycanlı Gənclər İttifaqının (UAGİ) mətbuat xidmətindən bildiriblər ki, Ukraynanın “Qolos. Deti” şousunun finalçısı Ruslan Aslanov və onun anası Anna Aslanova UAGİ-nın qonağı olub. Şouya Minskdən qatılan Ruslan «Mamma knows best» mahnısını gözəl ifa edib və bu çıxışına görə Ukraynanın “Qolos. Deti” müsabiqəsinin ikinçi mövsümünə vəsiqə
qazanıb.

Gənc ifaçının istedadına təkcə münsiflər heyətinin üzvləri deyil, həm də ulduz müəllimlər heyran qalıblar. Onların hər biri bu parlaq iştirakçını öz komandasında görmək istəyib. Ruslan UAGİ-nın rəhbərliyi və fəalları ilə söhbətində bildirib ki, əvvəldən Ukrayna estradasının ulduzu müğənni Tina Karolun komandasına düşmək istəyib və buna görə də məhz onu seçib.
12 yaşlı Ruslanın ciddi yaradıcılıq planları var. Görüşdə Ruslan Aslanovun canlı ifasında dünya xitləri səslənib. UAGİ-nin başçısı İlhamə Allahverdiyeva gənc artistə yaradıcılıq uğurları və “Qolos. Deti” şousunun finalında müvəffəqiyyət arzulayıb. UAGİ-ı martın 1-də keçiriləcək müsabiqənin finalında Ruslan Aslanovu sms səsvermə ilə dəstəkləmək üçün Ukraynada yaşayan həmyerlilərimizə müraciət etmək niyyətindədir. Qeyd edək ki, şounun qalibini məhz tamaşaçıların verdikləri səs müəyyən edir.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info