“Xocalı soyqırımı bütün türk dünyasının ortaq acısıdır”
Tarix: 28.02.2015 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Finlandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri - Finlandiya Azərbaycan Assosiasiyasının (FAA) sədri Vasif Muradlı və Azərbaycan Qadınlar Cəmiyyətinin rəhbəri Arzu Oqtay Türkiyə Cümhuriyyəti Avropa Birliyi naziri və baş müzakirəçisi Volkan Bozkırla görüşdə iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, türk və türkdilli xalqların icmalarının təmsilçiləri ilə keçirilən görüş Türkiyə Cümhuriyyətinin Finlandiyadakı səfirliyində baş tutub. Dünya və Türkiyə siyasəti üçün aktual olan bir sıra məsələlər barədə danışan Volkan Bozkır azərbaycanlı diaspor rəhbərlərinin suallarına cavabında Dağlıq Qarabağ münaqişəsi barədə öz fikrini bildirib. Nazir deyib ki, Türkiyə “bir millət, iki dövlət” prinsipinə söykənərək Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ məsələsinin həllində və digər məsələlərdə Azərbaycanın yanında olub və olacaq. V. Bozkır Xocalı soyqırımının bütün türk dünyasının ortaq acısı olduğunu vurğulayaraq, türk icmaları ilə görüşün fevralın 26-da keçirilməsinin təsadüfi olmadığını deyib: “23 il əvvəl törədilmiş Xocalı soyqırımının ildönümündə bir arada olmağımız “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” fikrinin daha bir sübutudur”. V. Bozkır ildən-ilə iqtisadiyyatı inkişaf edərək güclü dövlətə çevrilən Azərbaycanın fonunda Ermənistanın hər tərəfdən əlaqələrinin kəsildiyini, əhalisinin böyük bir hissəsinin isə ölkəni tərk etdiyini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu
20.01.2019
Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir
20.01.2019
Hicran Sadıqzadə: Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info