Parisdə “Azərbaycan günü” tədbirlərinə start verilib
Tarix: 28.02.2015 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Dünən Parisdə “Azərbaycan günü” tədbirlərinə start verilib. Təhsil Nazirliyindən verilən xəbərə görə, “Azərbaycan günü” tədbirlərinin əsas məqsədi Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, tələbə və müəllim mübadiləsi və birgə proqramların həyata keçirilməsi imkanlarını dəyərləndirməkdən
ibarətdir.

Açılış mərasimində iştirak edən “Kampus Frans” Agentliyinin direktoru Antuan Qrassən “Azərbaycan günü”nün əhəmiyyətini vurğulayıb. İkitərəfli təhsil əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirən agentlik rəhbəri bu mühüm tədbirdə Azərbaycanın 10-a yaxın aparıcı universitet rəhbərlərinin iştirak etdiyini və bunun iki ölkənin təhsil sahəsindəki əməkdaşlığının bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Fransanın ölkəmizdəki səfiri Paskal Mönye iki dövlət arasında ən yüksək səviyyədə əməkdaşlığın mövcud olduğunu və əlaqələrin son illər nəzərəçarpacaq dərəcədə genişləndiyini vurğulayıblar. Strasburq Universitetinin prezidenti Alen Beretz ikili proqramlar, tələbə-müəllim mübadiləsi və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanlarından söz açıb. A.Beretz tədbirin davamı olaraq bu ilin mart ayında Fransa təhsil işçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini diqqətə çatdırıb. Təhsil nazirinin müavini Firudin Qurbanov “Kampus Frans” Agentliyinin rəhbərliyinə Azərbaycan və Fransa ali təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə keçirilən belə bir tədbirin təşkilinə görə Təhsil Nazirliyi adından təşəkkürünü bildirib. İki ölkə arasında tarixi münasibətləri və son illər Azərbaycan-Fransa əlaqələrinin genişləndiyini vurğulayan F.Qurbanov Heydər Əliyevin Fransa ilə əməkdaşlığa xüsusi önəm verdiyini, bu siyasətin hazırda ölkə prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb. Nazir müavini ölkəmizin sosial-iqtisadi inkişafı barədə geniş məlumat verib. Son illər təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işləri, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirləri, ali təhsil sahəsində ən mühüm təşəbbüslərdən olan SABAH qruplarının yaradılmasını nəzərə çatdıran F.Qurbanov eyni zamanda azərbaycanlı gənclərin dünyanın aparıcı universitetlərində, o cümlədən Fransanın ali məktəblərində də uğurla təhsil aldıqlarını qeyd edib. Sonra Fransa universitetləri nümayəndələrinin iki ölkənin təhsil sahəsində əməkdaşlığına dair çoxsaylı sualları cavablandırılıb. Tədbirdə “Kampus Frans” Agentliyinin və Fransa ali təhsil müəssisələrinin rəhbər şəxsləri Fransada təhsil imkanları, mövcud əməkdaşlıq layihələri barədə təqdimatlar ediblər. “Azərbaycan günü” tədbirlərinə qatılan Fransa universitetlərinin azərbaycanlı tələbələri təhsil aldıqları ali məktəblər haqqında məlumat veriblər.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info