Binəqədi rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib
Tarix: 02.03.2015 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


Binəqədi rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının inzibati binasında gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Respublika Ağsaqqallar Şurasının Aparat rəhbəri Yaqub Mehdiyev, RİH başçısının müavinləri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, rayonun bir qrup ziyalıları, ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə qonaqlar və konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoymuş və dahi şəxsiyyətin ruhuna öz dərin ehtiramlarını bildiriblər.
Konfransı giriş nitqi ilə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov açmış və gündəlikdə duran məsələləri elan edib. Azərbaycan cəmiyyətində ağsaqqallıq missiyasının əhəmiyyəti barədə danışan R.Göyüşov ilk öncə Ağsaqqallar Şurasının Şura üzvlüyünə olan namizədləri elan edib, təklif səsə qoyularaq qəbul edilib. Şura üzvlərindən İdarə Heyəti üçün namizədlər irəli sürülüb və səsvermə nəticəsində 11 nəfərdən ibarət İdarə Heyəti müəyyən edilib.
Seçki Konfransının gedişində İdarə Heyətinə üzv seçilmiş, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun nüfuzlu ziyalılarından olan Aslan Mehdiyev Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə İdarə Heyətinin üzvü, təqaüddə olan ədliyyə general-mayoru Akif Rəfiyevin namizədliyinin irəli sürülməsi təklifi ilə çıxış etmiş, təklif səsə qoyularaq yekdilliklə qəbul olunub.
Tədbir Rayon Ağsaqqallar Şurasının sədri seçilmiş Akif Rəfiyevin çıxışı ilə davam edib. A.Rəfiyev çıxışında ona göstərilən etimada görə konfrans iştirakçılarına minnətdarlığını ifadə etmiş, öz bilik və bacarığı, eləcə də qazandığı həyat təcrübəsindən istifadə edərək bu şərəfli və məsuliyyətli işin öhdəsindən gəlmək üçün rayonun ziyalıları, ağsaqqallları ilə birgə bütün imkanlarını səfərbər edəcəyini bildirib. Akif Rəfiyevin təklifi ilə Rayon Ağsaqqallar Şurasının sədr müavini vəzifəsinə rayon ziyalısı, uzun illər məsul vəzifələrdə çalışmış Cahangir Qocayevin namizədliyi irəli sürülmüş, təklif səsə qoyularaq qəbul edilib.
Seçki konfransında həmçinin, Rayon Ağsaqqallar Şurasının Təftiş Komissiyası üzvlüyünə namizədlər irəli sürülmüş, təklif səsə qoyularaq qəbul edilib. Daha sonra Rayon Ağsaqqallar Şurası 9 ərazi təşkilatı üçün üzvlər və təşkilat sədrləri üçün namizədlər irəli sürülüb, səsvermə nəticəsində 4 mikrorayon və beş qəsəbə üzrə təşkilatlar və sədrləri müəyyənləşdirilib.
Səsvermə prosesindən sonra konfrans Şuranın üzvləri Hikmət Butayev, Həmid Mehdiyev və İlham Rəhimlinin çıxışları ilə davam etmiş, natiqlər ağsaqqallara dövlət səviyyəsində göstərilən ehtiramdan danışıb, ulu öndər Heydər Əliyev siyasətinin davamı olaraq Prezident İlham Əliyevin böyüklərə, ağsaqqallara dərin hörmət və ehtiramla yanaşdığını və onları mənəvi sərvət kimi dəyərləndirdiyini vurğulamış, həmçinin ölkə başçısının bu münasibətinin bir örnək davranış kimi Binəqədi rayonunda uğurla icra edildiyini diqqətə çatdırıblar.
Sonda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış etmiş, ağsaqqala olan hörmət-ehtiramı Azərbaycan cəmiyyətinin xarakterik cəhəti olduğuna toxunaraq bunun milli düşüncəmizin dərinliklərində kök salmış möhkəm ənənə olduğunu vurğulamışdır. RİH başçısının çıxışında vurğulanıb ki, cəmiyyətin bir insanı ağsaqqal kimi qəbul etməsi, onun böyüklüyünü etiraf etməsi və bu zirvəyə çatması üçün əsl insan ömrü yaşamaq, böyük ürəyə sahib olmaq lazımdır. Bu mənada X.İsgəndərov Heydər Əliyevi siyasi lider olmaqla yanaşı, dövlətinə, xalqına bağlı, Vətənini böyük məhəbbətlə sevən, xaos nəticəsində fəlakətə yuvarlanan bir cəmiyyəti orada birlik və həmrəyliyi təmin etməklə xilas edən böyük ağsaqqal kimi səciyyələndirib. Natiq vurğulayıb ki, bu gün də gənclərin dövlətə, xalqa sadiq, Vətənə bağlı, zərərli yad təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyyə olunması işində daim ağsaqqallar böyük ehtiyac vardır.
Binəqədi rayon Ağsaqqallar Şurasının növbədənkənar seçki konfransı R.Göyüşovun yekun nitqi ilə başa çatıb.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info