Strateji valyuta ehtiyatlarımız xarici dövlət borcunu 8 dəfə üstələyir
Tarix: 02.03.2015 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


2014-cü ildə ölkənin strateji valyuta ehtiyatları 1.2 mlrd. dollar və ya 2.4% artaraq 51.4 mlrd. dollara çatıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının ötən ilin yekunları üzrə pul siyasəti icmalında deyilir.
Qeyd olunur ki, ölkənin strateji valyuta ehtiyatları təxminən 3 illik mal və xidmətlərin idxalına kifayət edir və xarici dövlət borcunu 8 dəfə üstələyir.
İlin sonuna strateji ehtiyatların ÜDM-ə nisbəti 70%-ə yaxın olub. Strateji ehtiyatların tərkib hissəsi olan Mərkəzi Bankın ehtiyatları manatla geniş pul kütləsinin (M2) 62% hissəsini təşkil edir.
İcmalda deyilir ki, hesabat ilində ölkənin əlverişli xarici ticarət mövqeyi qorunub, ticarət balansı profisitli olub, vayuta ehtiyatları artmaqda davam edib.
Ölkədə xarici investor fəallığı yüksək olaraq qalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə iqtisadiyyatına qoyulmuş xarici investisiyaların həcmi 2014-cü ildə 6.2 mlrd. dollardan çox olmuşdur ki, bu da ümumi investisiyaların 27.7%-ni təşkil edir.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2014-cü ildə xarici ticarət dövriyyəsi 31 mlrd. dollar təşkil edib ki, bunun da 21.8 mlrd. dolları ixracın, 9.2 mlrd. dolları isə idxalın payına düşüb. Dövr üzrə xarici ticarət balansının profisiti 12.6 mlrd. dollar olub, ixrac idxalı 2.4 dəfə üstələyib.
İxracın 53%-i Avropa İttifaqı (Aİ) ölkələri, 3.8%-i isə MDB ölkələrinə yönəlib. İdxalın isə 33.8%-i Aİ-nin, 22.7%-i MDB-nin payına düşüb.
İxracda yüksək templə artan mallara misal olaraq meyvə-tərəvəz, içkilər, neft məhsulları, kimya sənayesi məhsulları, plastmas və onlardan hazırlanan məmulatlar və s. göstərmək olar. İdxalı daha çox artan mallara isə ət, bitki yağları, kərə yağı, şəkər, tütün, mebel və s. aiddir. Ötən ildə bir sıra məhsul qrupları üzrə idxalın azalması yerli istehsalın genişlənməsi ilə izah edilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb”
26.09.2018
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
26.09.2018
Azərbaycan neftinin bir barreli 83,56 dollara satılır
26.09.2018
Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info