“Ermənistanda hazırkı hakimiyyət xalqın qanı üzərində qurulub”
Tarix: 02.03.2015 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


İrəvanda Ermənistan Milli Konqresi etiraz aksiyası keçirib.
“Novosti Armeniya”nın verdiyi xəbərə görə, mitinq Sarkisyan hakimiyyətinin 2008-ci ildə 2008-ci ildə qətlə yetirdiyi ermənilərin xatirəsinə həsr olunub.
Aksiyanın aparıcısı olan Aram Manukyan deyib ki, yeddi il əvvəl bu gün Ermənistan hakimiyyəti silahsız xalqa hücum edib: “Ermənistanda iki gün qırğınlar davam etdi. 10 nəfər öldü, 150 nəfərdən çox insan yaralandı və o gündən bəri ölkədə avtoritar rejim quruldu. Bu faciənin təşkilatçıları və icraçıları isə hələ də cəzasız qalıblar”.
Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan isə çıxışında martın 1-nin Ermənistan üçün "milli yas, etiraz və dövlət terroru günü" olduğunu qeyd edib və hazırkı hakimiyyəti “xalqın qanı üzərində qurulduğunu” qeyd edib.
Xatırladaq ki, 19 mart 2008-ci ildə Ermənistanda prezident seçkiləri keçirilib və ölkənin Mərkəzi Seçki Komissiyası o zamankı baş nazir Serj Sarkisyanın qalib gəldiyini elan edib.
Müxalifət isə nəticələrlə razılaşmayaraq, fevralın 20-dən fasiləsiz etiraz aksiyalarına başlayıb. 1 mart 2008-ci ildə Ermənistan xüsusi təyinatlıları İrəvanın Azadlıq meydanında keçirilən mitinqini dağıdıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları meydanda qurulmuş çadırları yığışdırıblar, aksiyanın dağıdılması zamanı dəyənəklərdən, gözyaşardıcı qazdan və digər vasitələrdən istifadə olunub.
Toqquşmalar nəticəsində 10 nəfər ölüb, 150-dən çox aksiya iştirakçısı yaralanıb.
Hadisələrdən dərhal sonra Ermənistanda 20 günlük fövqəladə vəziyyət elan olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info