“Azərbaycan dövləti öz həyatını azad mediasız təsəvvür etmir”
Tarix: 02.03.2015 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


“Azərbaycan dövləti öz həyatını azad mediasız təsəvvür etmir”. Bunu Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvləri ilə görüşündə deyib. Ə.Həsənov bildirib ki, bu gün dünyada baş verən qloballaşma prosesində müasir media qarşısında mühüm vəzifələr durur: “Media qurumları arasında rəqabət təbiidir, ancaq rəqabət sağlam zəmin üzərində qurulmalıdır. İstəyirik ki, bu, dünyada qəbul edilən dəyərləri gözdən salmağa deyil, bu dəyərləri daha da zənginləşdirməyə yönəlsin. Təəssüf ki, bunun əksi ilə qarşılaşmalı oluruq. Dünyada cərəyan edən hadisələr hətta bəzən çox nüfuzlu xəbər agentlikləri tərəfindən birtərəfli rakursdan işıqlandırılır, siyasi mənafelərə uyğun şəkildə təqdim olunur. Bir sıra hallarda mediaya yoxlanılmamış, qərəzli və ya sifariş xarakterli informasiyalar yol tapır. Bu, beynəlxalq aləmdə ikitərəfli münasibətlərə zərər vurur”. Ə.Həsənov qeyd edib ki, müxtəlif informasiya agentliklərinin, media qurumlarının öz siyasəti var: “Bu, belə də olmalıdır. Lakin obyektivlik, qərəzsizlik, faktın dəqiqliyi jurnalistika üçün çox vacib prinsipdir. Biz yalnız bu halda sağlam düşüncəyə əsaslanan ümumi anlaşmaya nail ola bilərik. Bu, xüsusən indi bəşəriyyətin siyasi qarşıdurmalar, terrorizm, separatçılıq, dini ekstremizm, transmilli cinayətkarlıq kimi təhlükələrlə üzləşdiyi bir vaxtda daha vacib və əhəmiyyətlidir. İnsanların obyektiv informasiya alması onların tək öz ölkələrində deyil, ümumən dünyada baş verən hadisələri dolğun, düzgün qiymətləndirmək imkanı yaradır”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info