“Əli və Nino”nun çəkilişi ilə bağlı İçərişəhərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Tarix: 02.03.2015 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Məlumat verildiyi kimi, Bakı şəhərində Qurban Səidin eyniadlı əsəri əsasında ekranlaşdırılan “Əli və Nino” filminin çəkilişləri başlayıb. Film çəkilişlərinin bir hissəsinin cari ilin mart-aprel aylarında İçərişəhərdə keçirilməsi planlaşdırılır. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat üçün bildirir ki, filmin çəkilişləri ilə əlaqədar mart ayının 2-dən 14-ü tarixə qədər İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Mart ayının 4-dən İçərişəhərin Qoşa Qala Qapısı girişindən nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, Neftçilər prospekti tərəfindən olan girişdən isə giriş-çıxış yalnız İçərişəhərin sakinləri və elektron kart sahibi olan digər rezidentlər üçün açıq olacaq. Çəkilişlər əsasən İçərişəhərdə yerləşən Şirvanşahlar Saray Kompleksində, Qoşa Qala Qapısı meydanında və Asəf Zeynallı küçəsində aparılacaqdır. Əsərdə dövrlə bağlı obraz və hadisələri dolğun canlandırmaq üçün həmin məkanlarda XIX əsrin sonu və XX əsrin əvvəllindəki Bakı mühitinə uyğun dekorasiyalar qurulacaq.
Çəkilişlərlə əlaqədar İçərişəhərin sakinləri və qonaqları üçün yarana biləcək müvəqqəti narahatçılığın minimuma endirilməsi məqsədi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bütün lazımi tədbirlər görüləcək.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Sosial sahədə Əliyev inqilabının növbəti mərhələsi: Minimum əmək haqqı 250 manata qaldırıldı, yüz minlərlə insanın maaşı 40 faiz artırıldı
18.06.2019
Penitensiar xidmətin və Tibb baş idarəsinin hərbi qulluqçularının və mülki işçilərinin maaşları artırılıb
18.06.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının maaşları artırılıd
18.06.2019
“Atam, anam və mən”
18.06.2019
MİDA: Hövsan Yaşayış Kompleksi 2962 ailəni mənzillə təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info