Azərbaycan diaspor rəhbəri İsveç parlamentinin nümayəndələri ilə görüşüb
Tarix: 02.03.2015 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


İsveçdəki Azərbaycan diaspor rəhbəri İsveç parlamentinin və ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib. “Azərbaycan naminə” Cəmiyyətinin təşkil etdiyi görüşdə Paula Bieler başda olmaqla İsveç parlamentinin bir neçə deputatı, yerli ziyalılar, KİV nümayəndələri və başqa qonaqlar iştirak edib. Tədbridə “Azərbaycan naminə” Cəmiyyətinin sədri Nadir Hollenbrand Azərbaycan həqiqətləri haqqında iştirakçılara ətraflı məlumat verib. O, Ermənistanın Azərbaycana təcavüz etməsi, bu torpaqlarda etnik təmizləmə siyasəti aparması və 20 ildən çoxdur ki, Azərbaycanın 20 faiz ərazisini işğalda saxlaması barədə faktları isveçli ziyalıların diqqətinə çatdırıb. Nadir Hollenbrand Ermənistanın təcavüzü ilə başlayan Qarabağ müharibəsinin dəhşətləri və bu müharibənin ən qanlı hadisəsi, bəşəriyyətə qarşı cinayət olan Xocalı soyqırımı haqqında geniş çıxış edib. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərini bir gecədə yer üzündən silməsi, yüzlərlə insanın işgəncələrlə qətlə yetirilməsi barədə danışan cəmiyyət rəhbəri artıq dünyanın bir sıra ölkələrinin bu faciəni soyqırımı kimi tanıdığını vurğulayıb və İsveç parlamentini də Xocalı soyqırımını tanımağa çağırıb. N.Hollendbrand Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı narahatlıqları da İsveç ictimaiyyətini təmsil edən insanların diqqətinə çatdırıb.
Azərbaycan diaspor rəhbərinin çıxışından sonra tədbirin qonaqları ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair geniş müzakirələr aparılıb. Görüş iştirakçıları Azərbaycanın cəlb edildiyi münaqişədən başqa, ölkəmizin iqtisadi inkişafı haqqında da fikir mübadiləsi aparıblar. İsveçlilər son illərdə Bakının bir sıra genişmiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməsini xüsusi vurğulayıblar.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info