“Soyqırımlar xalq yaddaşında”
Tarix: 02.03.2015 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


AMEA-nın “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyası və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə “Soyqırımlar xalq yaddaşında” mövzusunda beynəlxalq elmi sərgi-konfrans keçirilib. İclasda çıxış edən komissiyanın sədri, AMEA prezidenti Akif Əlizadə soyqırımı tədqiqatlarının, o cümlədən Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında AMEA alimlərinin qarşısında duran vəzifələrdən danışıb. Onun sözlərinə görə, azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməlidir. İşçi qruplarında fəaliyyət göstərən tədqiqatçı alimlərin qarşısında duran vəzifələrdən danışan A.Əlizadə bu sahədə nəzərdə tutulan planlar və mövcud problemlər barədə məlumat verib: “Bu istiqamətlər üzrə kitab və xəritələrin nəşri, tarixi mövzuda zəngin faktlarla əhatə olunan elmi məqalələrin xarici dillərə tərcümə olunaraq təbliğ edilməsinin ermənilərin uydurma “faktlar”a uyğun yaydıqları informasiyalara tutarlı cavabdır. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin imzaladığı “Erməni diasporuna qarşı effektiv mübarizə tədbirlərinin və koordinasiya işinin gücləndirilməsinə dair Fəaliyyət Planı”nda AMEA qarşısında da konkret vəzifələr qoyulub”.
Komissiyanın sədr müavini, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli soyqırım tədqiqatları ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, akademiya azərbaycanlılara qarşı soyqırımlar tarixini yenidən və əsaslı şəkildə öyrənməyi humanitar və ictimai elmlərin mühüm vəzifələrindən biri hesab edir: "AMEA Rəyasət Heyəti nəzdində “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” adlı alimləri birləşdirən xüsüsi komissiyanın yaradılması həmin vəzifələrin həyata keçirilməsi sahəsində atılan mühüm addımdır".
AMEA Folklor İnstitununun direktoru Muxtar İmanov isə bildirib ki, konfransın keçirilməsində məqsəd əsrlər boyu azərbaycanlılara qarşı həyata keçirilən soyqırımları öyrənən və araşdıran elm adamlarının bir araya gəlməsini təmin etmək, onların fikirlərini Azərbaycan və dünya ictimaiyyətinə çatdırmaqdır.
Konfransın davamında “1905-ci il soyqırımları xalq yaddaşında və tarixi qaynaqlarda”, “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və erməni-türk qarşıdurmaları”, “Erməni-Osmanlı münasibətləri və soyqırım məsələləri”, “Urmiya və Salmasda erməni quldurlarının törətdiyi qətliamlar”, “Sumqayıt hadisələri”, “Qarabağ müharibəsi və soyqırımlar”, “Xocalı” və digər mövzularda məruzələr dinlənilib.
Akademiyada ilk dəfə soyqırımı hadisələrinə həsr olunmuş sərgidə AMEA əməkdaşlarının 30-a qədər əsəri nümayiş etdirilib. Sərgi çərçivəsində əməkdar incəsənət xadimi Elturan Avalovun Şuşa memarlıq abidələrinə həsr edilib, mədəni irsə qarşı soyqırımı aspektində əsərləri də nümayiş olunub.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info