YAP Pirallahı rayon Təşkilatının Gənclər Birliyi təsis olunub
Tarix: 02.03.2015 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon Təşkilatı Gənclər Birliyinin təsis konfransı keçirilib. Partiyadan verilən məlumata görə, konfransı giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb.
O bildirib ki, Azərbaycan gəncliyinin inkişafı və gənclər siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
M.Manafov bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb: “Dövlət başçısı tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi bir daha Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini əyani şəkildə sübut edir”.
Tədbirdə çıxış edənlər Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasəti barədə danışıblar.
Sonra Pirallahı rayonunun idarə, müəssisə və təşkilatlarından konfransa seçilən nümayəndələr YAP Pirallahı Rayon Təşkilatı Gənclər Birliyinin təsis edilməsinə yekdilliklə səs veriblər. Nümayəndələr, həmçinin ümumi səsvermə ilə Gənclər Birliyi İdarə Heyətinin tərkibini, sədrini və onun müavinlərini seçiblər. Orxan Babayev YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri, Aytən Əliyeva və Rüfət Məmmədov isə onun müavinləri seçiliblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info