Milli Kitabxananın oxucularının sayı 75 526 nəfərə çatıb
Tarix: 02.03.2015 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Kitabxanasının (AMK) virtual oxucularının (sayt və elektron kitabxanadan istifadə edənlər) sayı 647 405 nəfərə çatıb. Həmçinin virtual sifarişin xidmətlərindən 1331, Rusiya Dövlət Kitabxanasının Dissertasiyaların virtual oxu zalından və Azərbaycanda müdafiə olunmuş dissertasiyaların elektron məlumat bazasından istifadə edənlər 1021 nəfər təşkil edib.
Kitabxanadan bildirilib ki, 2014-cü ildə 107 922 biblioqrafik yazı “Virtua”ya daxil edilib. 20 637 elektron resurs rəqəmsallaşdırılaraq, elektron kitabxanaya daxil olunub.
Ümumilikdə elektron kitabxanada 97 721 elektron resurs var: “İl ərzində “Teymur Elçin 90”, “Mir Cəlal irsi”, “Üzeyir Hacıbəyli - müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi”, “Səməd Vurğun irsi” adlı yeni elektron məlumat bazaları yaradılıb, internet və intranet səhifələrində yerləşdirilib. Cari ildə 40 adda, 4120 nüsxə, 332 çap vərəqi biblioqrafiya, biblioqrafik məlumat kitabları və b. vəsaitlər nəşr edilib.
Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasından “İlyas Əfəndiyev: biblioqrafiya”, “Teymur Elçin: biblioqrafiya”, “Hidayət: biblioqrafiya”, “Şəmistan Nəzirli: biblioqrafiya”, Əlamətdar və tarixi günlər təqvimi 2015, Azərbaycan kitabı: biblioqrafiya 3-cü cild, “Mədəniyyət, incəsənət və turizm haqqında yeni ədəbiyyat”, “Yeni kitablar”, “Birillik Azərbaycan kitabiyyatı” və s. göstəricilər çap olunub. Bütün vəsaitlər respublikanın MKS-nə və Bakı şəhər kitabxanalarına operativ surətdə çatdırılıb və “Elektron kitabxana”da yerləşdirilib”. Kitabxananın Azərbaycan fondu cari ildə yenidən tam təmir olunub, Avropa standartlarına uyğun qurulmuş, kitab rəfləri yeni modern mobil stellajlarla əvəz olunub:
“Hazırda digər kitab saxlayıcı yaruslarının təmiri və mobil stellajlarla təmin olunması üzərində iş gedir.
Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyinin göstərişinə əsasən, regionlarda ALİSA proqramının tətbiqi ilə əlaqədar olaraq kadrların hazırlanması məqsədilə dekabr ayında Milli Kitabxananın Treninq Mərkəzində “Region kitabxanalarında informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” adlı 10 günlük kurslar təşkil edilib. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri də ildən-ilə genişlənir, möhkəmlənir. Cari ildə Belorus Milli Kitabxanasına müddəti bitdiyi üçün yeni ikitərəfli qarışlıqlı əməkdaşlıq barədə Memorandum Layihəsi və İsrail, İtaliya, Çin, Ukrayna Milli Kitabxanaları ilə əlaqə yaratmaq üçün Memorandum layihələri təqdim olunub”.
Qeyd edək ki, Milli Kitabxananın ümumu fondu 4 568 838 nüsxə təşkil edir. Bunun 2 379 495 nüsxəsi kitab və kitabçalar, 2 189 343 nüsxəsi isə digər sənədlərdir. 2014-cü ildə kitabxanaya 24 049 nüsxə ədəbiyyat daxil olub. Daxil olmuş yeni nəşrlərin 12 836 nüsxəsini milli ədəbiyyat təşkil edir.
Kitabxanaya ötən il ərzində 34 923 nəfər oxucu üzv olub və ümumilikdə oxucuların sayı 75 526 nəfərə çatıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info