Teymur Rəcəbov irəlilədi
Tarix: 02.03.2015 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Mart üçün açıqlanan “Top-100”də Azərbaycan təmsilçiləri də yer alıb.
Qrossmeysterlərimizdən ən yaxşı nəticəyə yenə Şəhriyar Məmmədyarova məxsusdu. Həmyerlimiz ötən ayda olduğu kimi, yenə 13-cü yerdədi. Onun aktivində 2759 reytinq xalı var. Gürcüstanda keçirilən Qran-Pri turnirində 3-cü yeri tutan Teymur Rəcəbov isə irəliləyib. Həmyerlimiz 4 rəqibini qabaqlayaraq, 2738 xalla 20-ci yerə yüksəlib.
Reytinq cədvəlinin ilk “üçlüyü”ndə dəyişiklik baş verib. Yenə Maqnus Karlsenin (Norveç, 2863) başçılıq etdiyi siyahıda Fabiano Karauna (İtaliya, 2802) ikinci olsa da, Aleksandr Qrişuk (Rusiya, 2794) 3-cü pilləni Hikaru Nakamuraya (ABŞ, 2798) təhvil verib. FİDE, həmçinin rapid və blits növləri üzrə də reytinq cədvəlini yeniləyib. Sürətli şahmatçıların “100-lüy”ündə 4 təmsilçimiz yer alıb. Burada Şəhriyar Məmmədyarov (2766) 13-cü, Teymur Rəcəbov 22-ci (2741), Qədir Hüseynov (2709) 40-cı, Rauf Məmmədov (2681) 59-cudu. Siyahıya 2856 xalla italiyalı Fabiano Karuana başçılıq edir. Blits növündə isə Məmmədyarovla Rəcəbov yenə 7-8-ci yerlərə şərikdi. Onların aktivində 2808 xalı var. Bu siyahıda Məmmədov 16-cı (2767), Eltaj Səfərli (2676) 74-cü, Hüseynov (2653) 92-ci pillədədi. Standart cədvəldə lider olan Karlsen (2948) burada da birincidi. Qeyd edək ki, qadınların cədvəlində isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm
23.09.2018
“Qarabağ” “Qəbələ”yə böyük hesabla qalib gəlib
23.09.2018
“Qalatasaray” ikinci dəfə böyük hesabla məğlubiyyətə uğrayıb
23.09.2018
Azərbaycan Premyer Liqası: “Sumqayıt” səfərdə “Keşlə”ni məğlub edib
23.09.2018
Dünya çempionatının dördüncü günündə yeddi ölkənin cüdoçuları fəxri kürsüyə qalxıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info