Fuad Muradov xoşməramlı səfir elan edilib
Tarix: 02.03.2015 | Saat: 21:17:00 | E-mail | Çapa göndər


Milli Məclisin deputatı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov BMT Baş Assambleyasının “Ümumdünya QHT-lər Günü” Proqramı tərəfindən xoşməramlı səfir elan olunub. Beynəlxalq QHT sektorundakı uğurlu fəaliyyəti və fəal mövqeyinə görə deputata bu ad verilib.
Millət vəkili F.Muradov bununla bağlı bildirib ki, artıq dövlətlər, beynəlxalq institutlar QHT-lərin fəaliyyətini tanıyır və onlarla əməkdaşlığa üstünlük verirlər: “Bu, böyük ideyaların reallaşması üçün əhəmiyyətlidir. Ümumi bir məkan yaratmaq, çətinliklərin öhdəsindən gəlmək üçün ideyalar mübadiləsinə ehtiyac var. Ümid edirəm ki, Ümumdünya QHT-lər Günü xüsusi bir platformanın yaranmasına səbəb olacaq və yeni tədbirlər üçün məhsuldar nəticələr əldə olunacaq”.
Qeyd edək ki, 27 fevral BMT tərəfindən Ümumdünya QHT-lər Günü kimi qeyd olunur. Bu təşəbbüsə 4 il bundan əvvəl imza atılıb. İdeyanın məqsədi QHT-ləri bir yerə toplamaq və gələcəkdə imkanları genişləndirməkdir.
“UN Women Canada”nın prezidenti Almas Jivani, BMT-nin UNOPS layihələri üzrə icraçı direktor Jan Mattsson, Yeni Zelandiyanın keçmiş Baş naziri və UNDP üzrə nümayəndəsi Helen Klark, UNESCO-nun Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqələr Departamenti direktorunun müavini Erik Falt və bir çox şəxslər xoşməramlı səfir elan edilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info