“Rusiya Kiprdə hərbi-dəniz bazası yaradır”
Tarix: 02.03.2015 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


“Kreml qlobal oyunçu rolunda fəal çıxış edərək ABŞ-ı regionun enerji
bazarı uğrunda döyüşdə məğlub etdi”


“Rusiya qlobal oyunçu rolunda fəal çıxış edərək, hətta Avropa tərəfindən sanksiyalara məruz qalsa belə, ABŞ-ı regionun enerji bazarı uğrunda döyüşdə məğlub etdi” - deyə tanınmış hindistanlı siyaətçi Melkulanqara Bxadrakumar bildirib. O, hesab edir ki, Vaşinqton Avropa ölkələrini Rusiya ilə əlaqələri məhdudlaşdırmağa çağırış etməklə öz çiyinlərinə ağır yük götürür. Amma buna rəğmən Avropa ölkələri Moskva ilə açıq əməkdaşlığa can atırlar. Kipr prezidenti Nikosa Anastasiadisin Rusiyaya səfəri zamanı Moskva ilə Nikosiya arasında imzalanmış sazişə diqqət çəkən siyasətçi xüsusilə qeyd edir ki, indi Rusiya gəmiləri Kipr limanlarına daxil olmaqla, bu ərazilərdəki terror və piratçılığa qarşı mübarizəyə cəlb edilə bilər. Bundan əlavə, iki ölkənin müdafiə nazirlikləri arasında hərbi-dəniz sahədə əməkdaşlıq haqqında memorandum da imzalanıb. Hindli siyasətçinin təbirincə, imzalanan sənədlər Rusiyanın Kiprdə hərbi-dəniz bazası yaratmaq məsələsini gündəmə gətirir. Unutmaq lazım deyil ki, Rusiya ilə hərbi əməkdaşlığı inkişaf etdirməyə cəhd edən Kiprdə Böyük Britaniyanın da hərbi bazaları yerləşir.
Anastasiadisın Moskva səfərinin mühüm geosiyasi əhəmiyyətə malik olduğunu qeyd edən siyasətçi, hesab edir ki, bu səfər hərbi əməkdaşlıqdan əlavə, Avropa Birliyi ilə Rusiya arasında münasibətlərin inkişafı üçün də geniş imkanlar açır. Qeyd edilməlidir ki, Macarıstan kimi, Kipr də Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların səmərəli olmasını şübhə altına alıb: “Bu, eyni zamanda Türkiyəyə də aiddir. Ankaranın Moskva ilə yanaşması Vaşinqtonla arasında ziddiyyətlər yaranması fonunda baş verib. Vəziyyətin təhlili göstərir ki, Avropanın postsovet Rusiyası ilə qurulan sıx əlaqələrini məhv etmək Vaşinqton üçün çox çətin olacaq. Bu da Amerika diplomatiyası üçün problemlərə yol açacaq”. Siyasətçiyə görə, Amerika öz məqsədini həyata keçirmək üçün Avropa bürokratiyasına öz təzyiqini davam etdirir: “Avropa Birliyi ölkələrinin enerji sektorunun inteqrasiyası, enerji siyasətinin mərkəzləşməsi Vaşinqtona Rusiyanı Avropa bazarından sıxışdırmaq imkanı verir. Bununla belə, Moskva ilə Nikosiya arasında imzalanmış sazişlər Rusiya şirkətlərinə artıq ABŞ tərəfindən “işğal edilmiş” Kiprin enerji bazarına daxil olmaq imkanı yaradır. Bundan əlavə, Aralıq dənizindəki qaz yataqları Suriya dövlət ərazisinin yaxınlığında yerləşir və bu ərazilərdə işlənməmiş karbohidrogen yataqları mövcuddur.
Kiprdə qaz istehsalı Vaşinqton üçün prioritet təşkil edir. Vaşinqton bununla Avropa Birliyinin Rusiyadan olan enerji asılılığını azaltmaq istəyir. Lakin Türkiyə-Kipr münasibətləri bu planın həyata keçmək şansını heçə endirir. Belə görünür ki, Aralıq dənizinin şərqində enerji siyasəti perspektivli istiqamətə çevrilməkdədir və Rusiya buarada eneji layihələrinin həyata keçirilməsində əsas iştirakçılardan birinə çevrilir: “Rusiya ABŞ-ı bu oyunda məğlub edərək qlobal oyunçu kimi bu yoldan çəkinməyəcəyini nümayiş etdirdi”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info