Regionda yaşayanlar Bakı telefonlarından istifadə edə biləcək
Tarix: 02.03.2015 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Aztelekom” İstehsalat Birliyi innovativ texnologiyaların tətbiqi nəticəsində sabit telefon şəbəkəsi tarixində ilk imza atıb. “Aztelekom” İstehsalat Birliyindən bildiriblər ki, daim müştərilərinə keyfiyyətli xidmətlər göstərməyi hədəfləyən “Aztelekom” İB bu siyahıya növbəti xidməti əlavə edib. Artıq “585” - “Daşınan şəhər telefon xidməti” müştərilərə rahatlıq, operativlik və sevinc gətirəcək.
Bakı şəhər şəbəkəsi statusuna malik sabit telefonlar artıq bölgələrdə də 585 indeksi ilə eyni statusla işləyəcək. Belə ki, regionlardakı hər bir müştərilər Bakı şəhər telefonlarından istifadə edə biləcək. Alternativi olmayan bu xidmət nəticəsində Bakı şəhər telefon nömrəsi respublika ərazisində istənilən yerə daşınacaq. Şəhərlərarası, şəbəkədaxili və simsiz telefon şəbəkəsi (CDMA) ilə ödənişsiz danışıqlar aparmaq mümkün olacaq. Bununla da daha dayanıqlı rəqəmsal rabitə yaranacaq və rabitə sahəsində ilk dəfə “şəhər-kənd” arasında rəqəmsal uçurum yox olacaq. Daşınan telefonlarla respublikanın bütün (Naxçıvan MR istisna olmaqla) ərazisində bir-biri ilə limitsiz və pulsuz danışmaq mümkündür. Ayda 15 manat abunə haqqı ödəməklə hər bir müştəri 585 indeksi ilə telefonlara sahib ola bilər.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info