“Qurani-Kərim motivləri əsasında hekayə” müsabiqəsi
Tarix: 03.03.2015 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Yaradıcılıq Fondu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qurani-Kərim motivləri əsasında hekayə” müsabiqəsi elan edib.
Fonddan verilən məlumata görə, layihə “Qurani-Kərim”in gənclər arasında düzgün formada təbliğinə, müqəddəs kitabdan gələn mütərəqqi ideyalarla gəncliyi daha yaxından tanış etməyə xidmət edir.
Müsabiqənin şərtlərinə əsasən təqdim edilən hekayələrin süjeti və ideyası Qurani-Kərim motivləri əsasında olmalı və hekayələr 10 min işarədən az olmamalıdır. Hekayələr elektron formada müəllif haqqında qısa tərcümeyi-hal ilə birlikdə Azərbaycan Yaradıcılıq Fondunun elektron ünvanına (ayfondu@gmail.com) göndərilməlidir. Fonddan bildiriblər ki, hekayələr qəbulu üçün son gün aprelin 15-dir və iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur. Müsabiqədə 1-ci, 2-ci və 3-cü yer olmaqla üç baş mükafat və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin iki həvəsləndirici mükafatı olacaq.
Birinci yerin qalibi 700, ikincin yerin qalibi 500, üçüncü yerin qalibi isə 300 AZN pul mükafatı ilə qiymətləndiriləcək. Həvəsləndirici iki yerin qaliblərinə isə qiymətli hədiyyələr təqdim olunacaq. Müsabiqəyə təqdim edilən bütün hekayələr antologiya kimi dərc ediləcək və nəşr edilmiş antologiya kitabxanalara paylanılacaq.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Bakcell” “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirinə qoşuldu
26.09.2018
Qızılağac Milli Parkı yaradılır
26.09.2018
“Gömrük islahatları və modernləşdirmə“ mövzusunda təlim davam edir
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info