Səfirimiz ABŞ-ın ən nüfuzlu yəhudi təşkilatının konfransında çıxış edib
Tarix: 03.03.2015 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Amerikadakı ən nüfuzlu yəhudi diaspora təşkilatı - Amerika İsrail İctimai İşlər Komitəsinin (AIPAC) 2015-ci il üçün siyasi konfransı keçirilir. Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən xəbərə görə, illik əsasda təşkil edilən konfrans çərçivəsində martın 2-də Azərbaycan və İsrail arasındakı tərəfdaşlıq münasibətlərinə həsr edilmiş “Yeni tərəfdaşlar: İsrail və Qafqaz regionu” adı altında xüsusi seminar keçirilib. Hayfa Universitetinin professoru, hazırda ABŞ-ın məşhur Corctaun Universitetinin araşdırmaçısı kimi fəaliyyət göstərən Brenda Şaferin moderatorluğu ilə keçirilən seminarda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edib.
E. Süleymanov çıxışında dünyanın bir çox bölgələrində radikalizm meyllərinin gücləndiyi bir zamanda Azərbaycanın tolerantlıq ənənələri ilə gündəmə gəldiyi, ölkədə dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların, o cümlədən yəhudi icmasının sülh və əmin-amanlıq içərisində yaşadığını vurğulayıb. O, xalqlar arasındakı uzun əsrlərdən bəri davam edən dostluq münasibətlərinə söykənən Azərbaycan-İsrail münasibətlərinin tərəfdaşlıq xarakteri daşıdığını və ölkə rəhbərliyinin uzaqgörən siyasəti sayəsində son illər bu münasibətlərin daha da sürətlə inkişaf etdiyini deyib. Diplomat hazırkı geosiyasi proseslər kontekstində ABŞ-ın Cənubi Qafqazla bağlı uzunmüddətli maraqlara söykənən strateji yanaşmasına xüsusi ehtiyac duyulduğunu bəyan edərək, bəzi hallarda Azərbaycan kimi tərəfdaşların regionda sülh və təhlükəsizliyə töhfələrinin lazımınca qiymətləndirilmədiyi və ikili standartların tətbiq edildiyini təəssüflə nəzərə çatdırıb.
AIPAC konfransında ABŞ və dünyanın müxtəlif ölkələrindən 16000-dən çox nümayəndə, akademik dairə və ictimai təşkilat mənsubları, ABŞ Konqresinin 300-dən çox üzvü, habelə bir sıra yüksək vəzifəli rəsmilər iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
İyunda neçə gün evdəyik?
22.05.2019
İrandan Bakıya “Fokker 100“ təyyarələrinin uçuşu gözlənilir
22.05.2019
Bələdiyyə idarəçiliyində qadınların rolu artacaq
22.05.2019
Gömrük Akademiyasının tələbələri məhkəmə baxışının simulyasiyasını keçiriblər
22.05.2019
Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info