YAP parlament seçkiləri ilə bağlı hazırlıqlara başlayıb
Tarix: 03.03.2015 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası bu il keçiriləcək növbəti - 5-ci çağırış parlament seçkiləri ilə bağlı özünün proqramını hazırlayıb. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
O bildirib ki, YAP-ın İdarə Heyətinin qərarına uyğun olaraq artıq seçkilərlə əlaqədar hazırlıq işlərinə start verilib və partiyanın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib: “Həmin müşavirədə təşkilatlar qarşısında müxtəlif vəzifələr və tövsiyələr qoyulub. Ölkəmizdə üç seçki (prezident, bələdiyyə və parlament) ardıcıl şəkildə keçirilir. Hər dəfə keçirilən bu seçkilərdə də hakim partiya təcrübəsindən və dünyada olan praktikalardan bəhrələnərək, bunu seçkilərə tətbiq edir. Ölkəmizdə keçirilən prezident, bələdiyyə seçkilərindəki yeni texnologiyaların işlənib hazırlanması və tətbiqi ilə bağlı sistemi indi də parlament seçkilərində tətbiq edəcəyik”.
Partiya rəsmisinin sözlərinə görə, bu sistem əsasında həm dünya praktikası öyrənilir, həm də Azərbaycanın öz praktikasını təkmilləşdirilir: “Bütövlükdə seçkiyə hazırlıq prosesi bizdə bir il çəkir. Yəni bir il müddətinə-tək seçkinin elan olunduğu vaxtdan deyil, ondan xeyli qabaq bu seçki prosesi həyata keçirilir. Bu baxımdan da YAP-ın İdarə Heyətinin fevral ayında seçkiyə hazırlıqla bağlı qərarı var. Daha sonra partiyanın şəhər təşkilatlarının müşavirəsinin keçirilməsi və qarşıda duran zəruri məsələlərin həlli ilə bağlı tapşırıqların verilməsi dayanır”

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib
15.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
15.11.2018
Büdcə müzakirələri başa çatdı: hökumətə noyabrın 23-dək vaxt verildi
15.11.2018
Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
15.11.2018
Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info