“Milli-mənəvi dəyərlərə uyğun olmayan verilişlərlə bağlı qərar qəbul ediləcək”
Tarix: 03.03.2015 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli hazırda Azərbaycanda yeni televiziya kanallarının yaradılmasına ehtiyac görmür. N.Məhərrəmli jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan kimi əhalisi, ərazisi olan ölkələr üçün mövcud sayda televiziya kanalları yetərli və qənaətbəxşdir. N.Məhərrəmli bildirib ki, televiziya kanallarının sayının artması bütün televiziya kanallarının özlərinə ziyan olur: “Çünki reklam bazarı, maddi-texniki baza və auditoriya ilə bağlı vəziyyət ürəkaçan deyil. Lakin gələcəkdə hər hansı zərurət yaranarsa, yeni televiziya kanalları da açıla bilər”.
Telekanalların efirində yol verilən qüsurlara gəlincə, N.Məhərrəmli qeyd edib ki, indiyə qədər MTRŞ telekanalların yaradıcılıq siyasətinə qarışmayıb: “Amma qanunvericiliyə son dəyişiklikdən sonra MTRŞ bu sahədə işlərini daha da artıracaq, telekanallarda gedən verilişlərin kontentinə ciddi fikir verəcək. Hesab edirəm ki, bu, bizim üzərimizə düşən ən məsuliyyətli işlərdən biridir. Yaxın vaxtlarda MTRŞ-in Monitorinq şöbəsinin araşdırmalarının nəticəsinə uyğun olaraq addımlar atacağıq. Hansı televiziya kanalında Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, televiziya və radio yayımı haqqında qanunvericiliyə uyğun olmayan verilişlər olacaqsa, o verilişlərlə bağlı qərar qəbul ediləcək. Amma biz hesab etmirik ki, bu səlahiyyətləri almaqla televiziya kanalları üzərində bir "Domokl qılıncı" olmalıyıq. Sadəcə, hər kəs öz işini qanuna uyğun şəkildə həyata keçirməlidir”. N.Məhərrəmli televiziya və radio kanallarındakı mövcud vəziyyətin MTRŞ-i çox narahat etdiyini vurğulayıb: “Bəzən Azərbaycanda televiziya və radio yayımı sahəsində vəziyyəti qonşu ölkələrlə, xüsusən Rusiya və Türkiyədə telekanalardakı verilişlərin keyfiyyəti ilə müqayisə edirlər. Mən də istərdim ki, Azərbaycan telekanallarında televiziya verilişlərinin səviyyəsi o ölkələrdəki kimi yüksək olsun. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan telekanallarında reklamın 1 dəqiqəsinin qiyməti təqribən 1000-2000 manat arasındadırsa, Türkiyədə və Rusiyada bu məbləğ 50-60 min dollar arasındadır. Təbii ki, bu qədər fərq arasında yüksək keyfiyyət göstərmək çətindir. Ona görə də hər dəfə televiziya kanallarını tənqid ediriksə, onların real vəziyyətinə də baxmalıyıq. Çalışmalıyıq ki, televiziya kanallarının reklam bazarı artsın. Çox təəssüf ki, Azərbaycanda reklam bazarı çox aşağı səviyyədir. Çalışmalıyıq televiziya kanalları daha çox gəlir əldə etsinlər ki, daha keyfiyyətli verilişlər ortaya qoysunlar”. N.Məhərrəmli qeyd edib ki, reklam bazarındakı mövcud böhran vəziyyəti tək Azərbaycana deyil, bütün dünyaya təsir edir: “Hesab edirəm ki, bu, keçici haldır və yaxın vaxtlarda bu sahədə ciddi dəyişiklər olacaq”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info