ATPİ-də Elmi Şuranın iclası keçirilib
Tarix: 03.03.2015 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


AMEA-nın Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının 05 dekabr 2014-cü il tarixli, 9/1 saylı qərarına əsasən Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun (ARTPİ) nəzdində yaradılan Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şuranın ilk iclası keçirilib. Təhsil Problemləri İnstitutunun direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov çıxışında ARTPİ-nin nəzdində yaradılmış Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şuranın fəaliyyətinin tənzimlənməsi və orada qeyd edilən məqsədlərin idarə olunması işində Pedaqoji Şura qarşısında çox ciddi tələblər qoyduğunu xüsusi vurğulayıb. Qeyd edib ki, geniş elmi və pedaqoji ictimaiyyəti əhatə edən şuranın işi ictimai əsaslarla nəzərdə tutulduğundan informasiya texnologiyalarının imkanlarından istifadə edərək prosesin sadələşdirilməsi və səmərəliliyinin artırılması vacib məsələlərdən biridir. Bu sahədə qarşıda görüləcək işlər barədə hamıya uğurlar arzulayıb. Məlumat üçün bildirək ki, AMEA-nın Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının qərarına əsasən ARTPİ-nin nəzdində yaradılan Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şuranın sədri Təhsil Problemləri İnstitutunun Təhsil nəzəriyyəsi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılovdur. İclası Elmi Şuranın sədri İntiqam Cəbrayılov davam etdirib. O, Elmi Şuranın əsas məqsədinin bir sıra fəaliyyət istiqamətlərində özünü əks etdirdiyini bildirib. Belə ki, bunlar pedaqogika və psixologiya elmlərinin və texnologiyalarının inkişaf meylləri nəzərə alınmaqla yeni elmi istiqamətlərin müəyyənləşdirilməsi, elm və təhsilin inkişafının təmin edilməsi, yüksək ixtisaslı elmi kadrların hazırlanması, elmi-texniki potensialın qorunması, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının sürətləndirilməsi, Elmi tədqiqatların və innovasiya siyasətinin səmərəliliyinin artırılması və s. istiqamətlərdə nəzərdə tutulmuş işlərin həyata keçirilməsi, elmi tədqiqatların əlaqələndirilməsi, mövzuların təkrarlanmasının qarşısının alınmasıdır. Şuranın fəaliyyətinin tənzimlənməsi və idarə olunması işi institutun eyni adlı-əlaqələndirmə şöbəsinə həvalə edilib.
Qeyd edək ki, yeni yaradılmış Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şuranın tərkibinə 20 nəfərdən ibarət tanınmış pedaqoq və alimlər daxildir. İclasda Şuraya daxil olmuş 56 şəxsin dissertasiya mövzularına baxılıb. BDU, BSU, ADU, Naxçıvan DU, TPİ, AMİ və s. elm-təhsil müəssisəsinin doktorant və dissertantların pedaqogika, metodika və psixologiya sahələrinin müxtəlif istiqamətləri üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri almaq üçün üzərində işlədikləri dissertasiya mövzuları müzakirə obyekti olub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info