Ötən il Suraxanıda 3546 yeni iş yeri açılıb
Tarix: 03.03.2015 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


Suraxanı rayonunda 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr haqqında hesabat yığıncağı keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib, önünə tər güllər qoyub, sonra isə Heydər Əliyev parkında həmişəyaşıl ağaclar əkiblər. Bununla da rayonda ağacəkmə kampaniyasına start verilib.
Hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov hesabat məruzəsi ilə çıxış edib, rayonda aparılmış abadlıq-quruculuq işləri haqqında film göstərilib.
İlqar Abbasov məlumat verib ki, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi Suraxanı rayonunda da abadlıq-quruculuq işlərinin sürətlənməsinə, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşmasına imkan verib. 2014-cü ildə Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 386 milyon manat, tikinti-quraşdırma işləri 207 milyon manat, nəqliyyat xidmətləri 14 manat, əsas kapitala yönəldilən investisiyalar 102 milyon manat, kənd təsərrüfatı 2,4 milyon manat, pərakəndə ticarət dövriyyəsi 295 milyon manat, orta aylıq əmək haqqı 569 manat olmuş, əhaliyə 273 milyon manat məbləğində pullu xidmətlər göstərilmiş, daimi olmaqla 3546 yeni iş yeri açılıb.
Ümumiyyətlə bu dövr ərzində rayonda 7 obyekt istifadəyə verilmiş, 8 obyekt əsaslı təmir olunmuş, 7 obyektin tikintisi davam etdirilib.
Rayonda 265,8 min kv.m. asfalt örtüyü salınıb, Zığ dairəsi-Hövsan-Türkan-Qala avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.
Hesabat ilində neftlə çirklənmiş torpaqlarda görülmüş tədbirlər nəticəsində ümumi sahəsi 2,3 hektar olan 24 gölməçə qurudulmuş, neftlə çirklənmiş 12 hektar torpaq sahəsi bərpa edilmiş, 28 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənib.
Rayon ərazisində 8,0 min ədəd ağac, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçən ilin noyabr ayında başlayan birinci “Ümumrespublika Yaşıllaşdırma marafonu” çərçivəsində 4,7 min ədəd ağac əkilmiş, ərazilərdə 3,0 min kv.m. yaşıl çəmən düzülüb.
Hesabat yığıncağında Milli Məclisin deputatları Ağacan Abıyev, Fərəc Quliyev, Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, iri müəssisə və xidmət sahələrinin rəhbərləri, rayon sakinləri çıxış ediblər.
Hesabat yığıncağını yekunlaşdıran Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, həmişə olduğu kimi cənab Prezidentin ətrafında sıx birləşərək, Azərbaycanın tərəqqisi və iqtisadi qüdrətinin möhkəmləndirilməsi naminə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcək, ümummilli lider Heydər Əliyevin əbədiyaşar irsinə sadiq qalacaqlar.
Fuad






 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Qobustan qəsəbəsinin problemləri həll edilir
23.01.2019
Qazaxda uşaq bağçası əsaslı təmirdən sonra balacaların ixtiyarına verilib
23.01.2019
Gəncədə müasir tipli iki yeni qəsəbə salınacaq
23.01.2019
Nəsimi rayonu 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ilin yekunları
23.01.2019
Ağstafada 9,3 kilometrlik avtomobil yolu yenidən qurulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info