“Böyük Britaniya Azərbaycanla peyk sənayesində birgə layihələrə maraq göstərir”
Tarix: 03.03.2015 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Böyük Britaniya (BB) Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi, BB parlamentinin üzvü Çarls Hendri, eləcə də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqlə görüşüb. Görüşdə nazir Əli Abbasov Azərbaycanla Böyük Britaniya arasında yeni müstəvidə uğurla davam edən tərəfdaşlığın iqtisadi istiqamətlər, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsində daha da genişləndirilməsi üçün böyük potensialın olduğuna diqqət çəkib. Ölkələrimiz arasında informasiya texnologiyaları, peyk sənayesinin inkişaf etdirilməsində qarşılıqlı marağın olduğunu deyən nazir BB-nin ən böyük telekommunikasiya şirkəti “British Telecom”la qurulan əlaqələrdən söz açaraq, hazırda Azərbaycan bazarında Böyük Britaniyanın bir neçə yeni məsləhətçi şirkətlinin fəaliyyətə başladığını vurğulayıb.
Çarls Hendrinin ölkəmizə səfəri çərçivəsində “Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında” Anlaşma Memorandumunun imzalanmasını yüksək dəyərləndirən nazir əlaqələrin daha da gücləndirilməsinə xidmət edən bu sənədin informasiya texnologiyaları, yüksək texnologiyalar sahəsində də əməkdaşlıq üçün yeni imkanlar açacağına ümidvar olduğunu bildirib.
Azərbaycanla qurulan əlaqələrin inkişafından məmnunluq ifadə edən Çarls Hendri də sözügedən memorandumun müştərək əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyini, eyni zamanda sənəddə əməkdaşlığın əsas hissəsini İT sahəsinin təşkil edəcəyini nəzərə çatdırıb. BB-nin peyk layihələrində iştirakı, xüsusən “Inmarsat” peyk şirkətinin fəaliyyəti haqda məlumat verən elçi Azərbaycanla peyk sənayesində birgə layihələrə maraq göstərdiklərini vurğulayıb.
Əlaqələrin dərinləşməsində əsaslı platforma rolunu oynayan “Bakutel”- Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransından da danışan Ç.Hendri sayca 20-ci sərgidə Böyük Britaniyanın 7-dən artıq şirkətinin iştirak etdiyini, növbəti sərgilərə isə daha çox şirkətlərin çəlb ediləcəyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq yaradan digər fəaliyyət sahələri ətrafında da fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək istiqamətləri üzrə perspektiv planlar müzakirə edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Qarabağa şölə saçan Novruz tonqalları
20.03.2019
Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib
19.03.2019
Ağcabədidə şəhid ailələrinə bayram sovqatı paylanılıb
19.03.2019
Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info