Polşanın yeni səfiri Bakı Slavyan Universitetinin qonağı olub
Tarix: 03.03.2015 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev martın 3-də Polşanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marek Tsalkanı qəbul edib. Rektor A.Hacıyev rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, tədris prosesi, burada fəaliyyət göstərən polyak dili və mədəniyyəti mərkəzi, bu istiqamətdə kadr hazırlığı, eyni zamanda BSU-nun xarici universitetlərlə əlaqələri barədə qonağa məlumat verib. Görüş çərçivəsində Polşanın bir sıra tanınmış universitetləri, o cümlədən Varşava Universiteti ilə BSU-nun əməkdaşlığından söhbət açan rektor vəzifəyə yeni təyin edilmiş səfirin dəstəyi ilə bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə inandığını vurğulayıb.
Polşa ilə Azərbaycan arasındakı əlaqələrdən danışan Marek Tsalka təhsil sahəsindəki münasibətlərə də toxunub, BSU ilə Polşanın ali təhsil müəssisələri arasında mövcud olan əməkdaşlıqla bağlı layihələrdən razı qaldığını dilə gətirib. Cənab səfir gələcəkdə yeni layihələrin həyata keçirilməsinə yaxından köməklik göstərəcəyini deyib, dəvətə görə BSU rəhbərliyinə dərin minnətdarlığını bildirib.
BSU-nun Mətbuat xidməti




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Bu gecədən başlayaraq hava şəraiti dəyişəcək
18.02.2019
Qaradağlı faciəsinin şahidi: həmin günlər yadıma düşəndə dəhşətə gəlirəm
17.02.2019
Ölkə ərazisində hava şəraiti dəyişəcək, yağış və qar yağacaq
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info