“Azərbaycan şirkətlərinin səviyyəsi Avropa ölkələrində işləməyə imkan verir”
Tarix: 03.03.2015 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Azərbaycan kənd təsərrüfatının ixracı üzrə Çexiya ilə birgə müəssisənin yaradılmasında maraqlıdır. Bunu Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan-Çexiya biznes forumunda deyib.
Onun sözlərinə əsasən, bu məqsədlə qida sənayesi üçün Çexiya avadanlığından və Azərbaycanın kənd təsərrüfatı imkanlarından istifadə etməklə ölkələr arasında sintez mümkündür.
Nazir qeyd edib ki, Azərbaycan və Çexiyanın iqtisadiyyat, ilk növbədə, sənaye sahəsində əməkdaşlığın inkişafı üçün yaxşı potensialı var.
Ş.Mustafayev əlavə edib ki, Çexiya Azərbaycana 1 milyard dollardan çox investisiya yatırıb: "Hazırda Azərbaycanda reallaşdırılan 6 iri layihə Çexiya şirkətləri tərəfindən maliyyələşdirilir. Onların ümumi həcmi təqribən 2 milyard dollar təşkil edir".
Nazirin sözlərinə görə, əməkdaşlığın təkcə Azərbaycanla məhdudlaşmaması çox vacibdir: "Azərbaycan şirkətlərinin səviyyəsi Avropa ölkələrində, o cümlədən Çexiyada işləməyə imkan verir. Fikrimcə, şirkətlərimizin Çexiyada fəaliyyətini aktivləşdirmək üçün bütün imkanları var".
Avropada Azərbaycan şirkətlərinin işinə nümunə kimi Ş.Mustafayev Serbiyada yolların salınması ilə məşğul olan Azərbaycan şirkətinin təcrübəsini göstərib. Şirkət nəinki geridə qalır, hətta yerli şirkətləri bir çox halda üstələyir.
O bildirib ki, ölkələr turizm, İKT və digər sahələrdə əməkdaşlığı genişləndirə bilərlər.
Biznes forumda Çexiyanın 32 şirkəti və bankı iştirak edir.
Qeyd edək ki, 2014-cü ilin yekunları üzrə iki ölkə arasında ikitərəfli əmtəə dövriyyəsi 1,5 milyard avroya çatıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info