Diaspor üzvümüz Əhməd Davudoğlu ilə görüşüb
Tarix: 03.03.2015 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Xarici ölkələrdə Azərbaycan və Türkiyəni təmsil edən diaspor təşkilatlarının birgə fəaliyyət göstərdiyi kimsəyə sirr deyil. Bu əlbətdə ki, sevindirici haldır. Bizim ümumi düşmənimiz olduğu halda bu, həm də olduqca vacib məsələdir. Bundan başqa, biz təbii ki, eyni millətik və bunu heç vaxt unutmamağımız lazımdır. Olduqca xoş bir haldır ki, hər iki dövlətin, həm Azərbaycan, həm də Türkiyə rəsmilərinin xarici dövlətlərə etdikləri səfərlər zamanı, onlarla görüşə, onların getdikləri ölkələrdə fəaliyyət göstərən Azərbaycan və Türkiyəni təmsil edən diaspor fəalları da dəvət olunurlar.
Macarıstanda Macarıstan - Türkiyə İş Forumu keçirilib. Forumda Türkiyə nümayəndə heyətinə bu ölkənin Baş naziri Əhməd Davudoğlu rəhbərlik edib. Foruma bu ölkədə fəaliyyət göstərən türk diaspor təşkilat rəhbər və nümayəndələri ilə bərabər, həmyerlimiz, bu ölkədə yaşayan “Macarıstan - Azərbaycan Qardaşlıq Cəmiyyəti”nin sədri Ramiz Əmirli də dəvət olunmuşdu. Ramiz bəyin dediyinə görə forum olduqca işgüzar şəraitdə keçib, müxtəlif iqtisadi məsələlər müzakirə olunub. “Ancaq hər iki ölkənin baş nazirinin, Türkiyənin baş naziri Əhməd Davudoğlunun və Macarıstanın baş naziri Orban Viktorun: “Biz hamımız Atillanın nəvələriyik” – deməsi məndə qeyri – adi hiss yaratdı” – deyə Ramiz Əmirli qeyd edib. “Məhz bundan sonra Türkiyənin baş naziri, hörmətli Əhməd Davudoğlu ilə yenidən görüşmək və əlini sıxmaq istədim. Qeyd edim ki, bundan öncə mən hörmətli baş nazirlə, hələ o XİN olan zaman, Bakıda görüşüb çay içmışdik. Demək istəyirəm ki, biz onunla tanış idik” - Ramiz müəllim əlavə edib. Ramiz bəyin dediyinə görə, Əhməd Davudoğlu onu görən kimi tanıyıb və aralarında maraqlı dialoq olub. Ramiz bəy bildirib ki, daha sonra o da Türkiyədən gəlmiş nümayəndə heyəti və Macarıstandakı Türk diasporunun nümayəndələri ilə birlikdə Budapeşt şəhərinin Buda tərəfində olan Gül Babanın qəbrini ziyarət edib (Məlumat üçün qeyd edək ki, Gül Baba Osmanlı sultanı Qanuni Süleymanın hörmət etdiyi şəxslərdən olub. Məhz onun dəvəti ilə Gül Baba Budin səfərinə qatılır və 1531 – ci ildən son gününə kimi, 1541 – ci ilə kimi burda yaşayıb).
Ramiz Əmirli bu cür dəvətlərin çox önəmli olduğuna diqqət çəkərək qeyd edib ki, bu cür dəvətlər zamanı yeni tanışlıqlar başlayır ki, bu da bizlərin yaşadığımız ölkədə birgə fəaliyyətimiz üçün çox önəmlidir.


Fuad




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info