Heydər Əliyev muzeyində açıq dərs
Tarix: 03.03.2015 | Saat: 21:43:00 | E-mail | Çapa göndər


Azərbaycanın milli dövlətçilik tarixində ümummilli lider Heydər Əliyevin müstəsna yeri var. Xalqımız müstəqillik arzusuna Azərbaycanın milli ideologiyasının banisi olan Ulu Öndərin müdrik siyasəti, dönməz əqidəsi və uzaqgörənliyi sayəsində qovuşub.
Bu fikirlər Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Universitetinin tələbələrinin iştirakı ilə “Azərbaycan tarixinin Heydər Əliyev erası” mövzusunda keçirilən açıq dərsdə səsləndirilib.
Ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Kəngərli ulu öndər Heydər Əliyevin hüquqi, demokratik və dünyəvi dövlət qurulması istiqamətində həyata keçirdiyi islahatlardan ətraflı söz açıb. O, Azərbaycan tarixində Heydər Əliyev erası kimi səciyyələndirilən bu inkişaf yolunun ayrı-ayrı mərhələləri haqqında dərs iştirakçılarına məlumat verib.
Sonra NDU-nun tələbələri Heydər Əliyev Muzeyindəki eksponatlarla tanış olublar.
Qeyd edilib ki, muzeyin fondunda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən 4 min 500-dən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Fəaliyyət göstərdiyi 16 il ərzində muzeyin 238 mindən çox ziyarətçisi olub.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info