Basketbol millimiz Gürcüstanda keçirdiyi yoldaşlıq oyunlarında qalib gəlib
Tarix: 03.03.2015 | Saat: 22:24:00 | E-mail | Çapa göndər


Basketbol üzrə Azərbaycanın milli komandası Bakıda keçiriləcək ilk Avropa Oyunları ərəfəsində Gürcüstanda təlim-məşq toplanışı və bir neçə yoldaşlıq oyunu keçirib. Azərbaycan millisi Gürcüstan yığması ilə qarşılaşıb. Oyun 88:79 hesabı ilə millimizin xeyrinə başa çatıb.
Azərbaycan millisi keçirdiyi 6 yoldaşlıq oyununun hamısını qələbə ilə başa vurub.
Milli komandanın ikinci məşqçisi Tahir Baxşıyev AZƏRTAC-a müsahibəsində deyib: “Hazırda Azərbaycan çempionatında fasilədir. Biz bu fasilədən istifadə edərək Gürcüstanda təlim-məşq toplanışları keçirdik. Qonşu ölkədə olduğumuz müddətdə Gürcüstanın birinci liqa və super liqa komandaları ilə də oynadıq. Eyni zamanda, super liqanın iki komandası - “Olimpiya” və “Suxumi” komandaları ilə qarşılaşdıq. Sevindirici haldır ki, hər iki komandaya qalib gəldik. Ümumilikdə 6 oyun keçirmişik və hamısında qələbə qazanmışıq. İdmançılarımızın ümumi hazırlığı bizi qane edir”. T.Baxşıyev bildirib ki, komanda Bakıda keçiriləcək ilk Avropa Oyunlarına da ciddi hazırlaşır: “Avropa Oyunlarında basketbol 3x3 üzrə yarışlar olacaq. Komandamızın iki üzvü - Fuad Niftəliyev və Amil Həmzəyev həmin yarışda iştirak edəcəklər. Onlar da burada təlim-məşq toplanışında oldular və hesab edirik ki, bu yarışlarda iştirak etməklə zəngin təcrübə qazandılar”. Azərbaycan millisinin üzvü, ilk Avropa Oyunlarında basketbol yarışlarında iştirak edəcək idmançı Amil Həmzəyev deyib: “İlk Avropa Oyunlarında basketbol 3x3 yarışlarında iştirak edəcəyəm. Bu yarış bir az fərqlidir və açıq havada keçirilir. Havalar soyuq olduğu üçün zallarda məşq edirik. Gürcüstanda oyunlarımız bizim üçün çox səmərəli oldu. Bu təlim-məşq toplanışından sonra - aprelin əvvəllərindən basketbol 3x3 üzrə hazırlıqlara başlayacağıq. İnanıram ki, məşqlərimiz bizə qələbə qazanmağa imkan verəcək”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Kifayət qədər yaxşı oyun nümayiş etdirdik
23.09.2018
Bakı arenasında özümü çox rahat hiss edirəm
23.09.2018
Bu gün cüdo üzrə dünya çempionatında 81 və 63 kiloqram çəki dərəcələrində yarışlar keçiriləcək
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info