“Seriallarımız türk stilindən uzaqlaşmalıdır”
Tarix: 03.03.2015 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


Asif Abramov: “Məcburuq elə bir şey çəkək ki, tamaşaçının zövqünü tutaq”

Azərbaycanda serial sənəti yeni-yeni formalaşmaqdadır. Bu sahənin inkişafında professional rejissorların üzərinə böyük məsuliyyət düşür. Elə müsahibimiz rejissor Asif Abramovla da söhbətimiz bu mövzuda oldu. Qeyd edək ki, Asif müəllim rejissorluq təhsilini Rusiyanın Saratov şəhərində alıb. Rusiya və Azərbaycanda müxtəlif telekanallarda çalışıb. Daha sonra Türkiyədə teleseriallarda işləyib, bu sahədə təcrübə toplayıb. “Sevimli xəstə” adlı ilk serialı Lider TV-də yayımlanıb. Bundan başqa “Muradına çatan Günəş”, “Qisas” seriallarının rejissoru olub, eləcə də bir çox klip və reklamlar çəkib.

-Bugünkü seriallar Azərbaycan tamaşaçısının zövqünü oxşayırmı?
- Nəzərə almaq lazımdır ki, biz hələ bu sahədə yeniyik. Əgər bizim seriallar super alınmırsa, o demək deyil ki, biz serialları bəyənməməliyik. Çünki türklər illərlə keçən müddətdən sonra bu nəticəyə çatıblar. Məsələn 70-80-ci illərdə bir-iki pafoslu filmlərini çıxsaq türklərin, ümumiyyətlə, kinosu yox idi. Lakin bizim kinomuzun 100 illik kökü var. O zamanlar Azərbaycan kinosu “Babək”, “Koroğlu”, “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Şərikli çörək” və s. ilə məşhur idi. Qeyd edim ki, bu gün “Şərikli çörək” filmi İtaliyada italyan rejissorlarına dərs, örnək kimi göstərilir. Yəni bizim belə filmlərimiz olub. Belə olan halda xalq, sənətçilər tərəfindən seriallara dəstək olmalıdır. Yeni seriallar zəifdir deyə gözdən salınmamalıdır, əksinə onları çəkənlər ruhlandırılmalıdır. İnsan hər şeyə yavaş-yavaş nail olur. Bizdə də seriallar tədricən inkişaf edir. Ona görə bunu dəstəkləmək, təkan vermək lazımdır.
-Bu dəstəyi kim verməlidir?
-Mənəvi dəstəyi tamaşaçı verməlidir. Çünki ruh puldan da vacib bir şeydir. İnsanı ruhlandıranda dağı dağ üstünə qoyur. Düzdür, dövlət də serialların çəkilişi üçün ildə 6 milyon pul ayırır. Mənim bir arzum var ki, artıq dövlət maliyyə ayırmasın, bizim iş adamları öz büdcələrindən serialların çəkilməsi üçün pul ayırsınlar. Yəni serial biznesi formalaşsın.
-Ümumiyyətlə, Azərbaycanda professional serialların çəkilməsi üçün perspektiv varmı?
-Əlbəttə, sadəcə, bir məsələ var ki, televiziya kanalları və ya layihəni seçənlər təcrübəsi olan rejissorlara bu işi versinlər. Ya da təcrübəsi az olanlar təcrübəli rejissorların yanında işləsinlər, sonra serial çəkməyə başlasınlar.
-Bəs, necə etmək olar ki, seriallarımız türk stilindən çıxsın?
- Düzdür, bizdə Türkiyə serialları təqlid edilir. Vaxt var idi biz sovet kinolarına baxırdıq. İndi biz artıq rus manerasında kino çəkmirik. Əfsuslar olsun ki, çəkmirik. Çünki rusların kino məktəbi nəinki bizdə, dünyada məşhurdur. Bunu amerikalılar da, italyanlar da, eləcə də türklər də qəbul edirlər. Serial vaxt keçirmək üçündür. Əsasən də qadınlar seriala baxırlar. Qadınlar da daha çox türk telekanallarına baxdıqlarından bizdə də çalışırlar ki, türk stilində serial çəksinlər.
Amma vaxt gələcək seriallarımız türk stilindən çıxacaq. Bunun üçün ssenari və hadisələr milli koloritdə olmalıdır. Yəni bizim özümüzə aid obrazlar yaradılmalıdır. İndi biz onu istəsək də yarada bilmirik. Çünki biz məcburuq elə bir şey çəkək ki, tamaşaçının zövqünü tutaq.
-İndi aktyorlar seriallarda, yoxsa tamaşalarda daha yaxşı formalaşırlar?
- Aktyorun püxtələşməsi üçün ilahi bir məkan hər zaman teatr olub. Düzdür, teatr aktyoru kinoda da oynaya bilir. Amma kino aktyoru teatrda oynaya bilmir. Çünki o, kamera ilə işləməyi xoşlayır. Bütün hallarda məktəb olmalıdır.
-Azərbaycanda gənc aktyorların yetişməsi üçün məktəb varmı?
-Məktəb var, müəllim yoxdur. Əslində, müəllim də var, amma xaricdədir, onu gətirmək lazımdır. Məsələn, Əməkdar incəsənət xadimi, teatr rejissoru Cahangir Zeynalov bu gün Türkiyədə çox hörmətli və tanınmış müəllimdir. Onu nəinki xahiş edib, hətta yalvarıb bura gətirmək lazımdır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs desin.
- Özünüzü kino sənətində sınamaq fikriniz varmı?
- Hazırda bir dramatik triller üzərində işləyirəm. “Qan rəngi” adlı bu filmin büdcəsi o qədər də böyük deyil. Sponsor olsa bu filmin çəkilişlərinə başlayacağıq.
Bundan başqa “Sara xatun” adlı serial çəkmək istəyirik. 40 serialı bu layihənin büdcəsi təxminən 3 milyon yarım manatdır. İstərdik ki, iş adamları bizim bu seriala dəstək olsunlar. Bunu çəkmək lazımdır. Biz dünyaya bildirməliyik ki, Şərqdə ilk qadın diplomat azərbaycanlı olub.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info