Dünyanın media nəhəngləri Bakıda keçiriləcək Konqresə dəvət ediləcək
Tarix: 03.03.2015 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


“Əminik ki, Dünya Xəbər Agentliklərinin V Konqresi Bakıda yüksək səviyyədə keçiriləcək”. Bu fikirləri AZƏRTAC-ın baş direktoru Aslan Aslanovla görüşdə Dünya Xəbər Agentlikləri Konqresinin sədri, Səudiyyə Xəbər Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn
bildirib.

O, qeyd edib ki, 2013-cü ildə IV Konqresə ev sahibliyi etmiş SPA agentliyi topladığı təcrübəni bölüşməyə və AZƏRTAC-a daim lazımi dəstək verməyə hazırdır. “Dünya Xəbər Agentlikləri Konqresi Şurasının dünən keçirilən iclası və yubiley tədbirinin təşkili göstərdi ki, AZƏRTAC V Konqresi yüksək səviyyədə keçirəcək. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşdən çox məmnun olduq” - deyə Abdullah bin Fəhd Əl-Hüseyn vurğulayıb. SPA-nın prezidenti onu da əlavə edib ki, hər iki agentlik informasiya və foto mübadiləsini daha da artırmaq imkanlarına malikdir. Bu, Azərbaycan haqqında xəbərlərin Yaxın Şərqdə, Səudiyyə Ərəbistanı Krallığının ictimai-siyasi, mədəni və digər sahələri ilə bağlı məlumatların isə bu regionda yayılmasına şərait yaradacaq. Baş direktor Aslan Aslanov qeyd edib ki, AZƏRTAC hazırda Konqresə sədrlik edən SPA agentliyi ilə əməkdaşlığın dərinləşməsinə böyük əhəmiyyət verir. İki agentlik arasında informasiya sahəsində tərəfdaşlıqla bağlı sənəd imzalanıb. Baş direktor, həmçinin Konqresə hazırlıq məsələlərində artıq koordinasiya işinin həll edildiyini və işçi qruplar arasında əlaqələrin daha da intensivləşdirməyin vacibliyini diqqətə çatdırıb. Görüşdə iştirak edən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlim iki ölkə arasında sıx əməkdaşlığın olduğunu bildirib. Səudiyyə Krallığının Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməyə hazır olduğunu deyən diplomat iki ölkə agentliklərinin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar səviyyəsində tərəfdaşlıq etməsini yüksək qiymətləndirdiklərini vurğulayıb.
Görüşdə V Dünya Xəbər Agentlikləri Konqresinə dünyanın hər yerindən xəbər agentliklərinin, həmçinin CNN, BBC kimi tanınmış telekanalların, “Google”, “Yahoo!”, “MSN” və digər nəhəng informasiya-axtarış şirkətlərinin dəvət edilməsi məsələləri müzakirə olunub.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info