Avstraliya İraqa 300 hərbi qulluqçu göndərəcək
Tarix: 03.03.2015 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Avstraliya ABŞ-ın İŞİD ilə mübarizədə beynəlxalq koalisiyanın səylərini birləşdirmək barədə xahişinə cavab olaraq 300 hərbi qulluqçusunu İraq ordusuna təlim keçmək üçün bu ölkəyə göndərəcək. “Reuters” agentliyi bildirir ki, belə bir bəyanatla Avstraliyanın Baş naziri Toni Ebbot çıxış edib. Baş nazir agentliyə müsahibəsində deyib ki, hələ ötən il Avstraliya İraqa 600 nəfərlik hərbi kontingent, o cümlədən hərbi aviasiya üzrə 400 mütəxəssis, xüsusi təyinatlı ordu birləşmələrinə aid 200 hərbi qulluqçu göndərib.
Agentliyin məlumatına görə, Avstraliya dəstələri bundan əvvəl Yeni Zelandiyanın 140 hərbi qulluqçusunun yerləşdirildiyi Bağdadın şimal-qərbindəki Taci şəhərinə göndəriləcəklər.
Artıq İraq və Suriya ərazilərinin böyük bir hissəsini ələ keçirmiş İŞİD hazırda dünyanın ən böyük probleminə çevrilib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, öz sıralarında 30 min yaraqlını birləşdirən İŞİD işğal etdiyi ərazilərdə xəlifəlik yaradır və daha geniş əraziləri tutmağa cəhd edir.
Bundan əvvəl ABŞ Prezidenti Barak Obama Konqresdən İŞİD-ə qarşı ordudan istifadəyə olunmasına icazə verməyi xahiş etmişdi. Bildirilirdi ki, Amerika Birləşmiş Ştatları İŞİD-ə qarşı quru qoşunlarından istifadə etməyə hazırdır. Hazırda ABŞ İŞİD-ə qarşı aviasiya zərbələri ilə mübarizə aparır və İraq ordusunun kəşfiyyat bölmələrinə yardım edir.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər
16.01.2019
Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir
15.01.2019
ABŞ səfirinin Almaniyadan çıxarılması tələb edilir
15.01.2019
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək
15.01.2019
Türkiyə hərbçiləri batmaq təhlükəsində olan 40 qaçqını xilas ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info