ABŞ-ın nüfuzlu nəşri Xocalıdan yazdı
Tarix: 04.03.2015 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


ABŞ-ın ən aparıcı yəhudi nəşrlərindən olan, Los Ancelesdə fəaliyyət göstərən “Jewish Journal” qəzetində Xocalı həqiqətləri barədə geniş məqalə dərc olunub. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tərəfindən yazılmış məqalə “Xocalı: bir qətliamın günahsız qurbanları üçün ədalət uğrunda mübarizə” başlığı daşıyır. Baş Konsulluqdan verilən məlumata görə, 3 mart tarixində dərc olunmuş məqalədə müəllif Xocalı soyqırımını müasir Avropa tarixinin ən dəhşətli faciələrindən biri adlandıraraq bu qətliam, eləcə də Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti barədə ətraflı məlumat verir. Baş konsul son illərdə beynəlxalq ictimaiyyətdə Xocalı həqiqətlərinə diqqətin artdığını vurğulayaraq, bu səpkidə bir müddət əvvəl İsrail prezidenti Ruven Rivlinin Xocalı soyqırımını BMT-nin Baş Assambleyasında gündəmə gətirməsini və digər müxtəlif dövlətlər və ABŞ-ın bir çox ştatları tərəfindən Xocalı qətliamının tanınmasını qeyd edir.
N.Ağayev Xocalı hadisələri fonunda insanlığa qarşı törədilmiş cinayətlərlə bağlı vahid mövqe nümayiş etdirilməsinin vacibliyini vurğulayır və bildirir ki, bu məsələdə ABŞ Konqresinin də üzərinə böyük məsuliyyət düşür. Diplomat insanlığa qarşı törədilmiş bütün cinayətlərin hər hansı ayrı-seçkiliyə yol vermədən pislənilməsinin önəmini qeyd edərək yazır: “Məkanından və cinayətkarın kimliyindən asılı olmayaraq keçmişdə və günümüzdə baş verən bütün zorakılıqlara qarşı eyni mövqe göstərmək gələcəkdə bu kimi faciələrin qarşısının alınması üçün önəmli şərtdir”.
Baş konsul Xocalı qurbanlarının yaddaşlarda əbədi qalmaları üçün Azərbaycanın öz haqq mübarizəsini davam etdirəcəyini bildirir, ABŞ Konqresini Xocalı soyqırımına dair müvafiq qətnamə qəbul edərək bu ədalət mübarizəsinə qoşulmağa çağırır.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10706

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info