Gənclərimiz Ukraynada əcnəbilərlə çərşənbəni qeyd ediblər
Tarix: 04.03.2015 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


01-07 Mart tarixlərində Ukraynanın Lvov şəhərində “The game Factory” ( Oyun Fabriki ) adlı beynəlxalq layihədə ADDIM Gənclər Təşkilatını Emin Vəliyev və Xəyalə Şəfiyeva adlı üzvləri təmsil edirlər.
Təlim Niderlandın Richter və Litvanın Psixologiya və İdarəetmə İnstitutu adlı təşkilatı tərəfindən təşkil olunub. Layihədə Türkiyə, Moldova, Ukrayna, Litva, Gürcüstan, Xorvatiya və Niderlanddan 20 –dən çox gənc iştirak edir. Layihə Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində həyata keçirilir.
5 tam iş günü davam edən təlimlərin əsas məqsədi gəncləri təlimlərin nəzəriyyəsi və istifadə olunan oyunların praktikası, seminarların planlaşdırılması, müxtəlif hədəf qrupları üçün oyunlar uyğunlaşdırmaq təcrübəsi və qeyri-formal təhsilə bir vasitə kimi ənənəvi və xalq oyunlarından istifadənin qaydaları haqqında məlumatlandırılacaq.
Beynəlxalq layihə gənclər təşkilatları arasında əlaqələrin qurulmasına və inkişafına, ölkələrin mədəniyyətinin, tarixinin tanıtımının aparılmasına xidmət edir.
ADDIM-çı gənclər mart ayının 3-də Azərbaycan xalqının milli bayramı sayılan Novruz bayramının ikinci çərşənbə axşamını avropalı gənclərlə qeyd ediblər. Mədəniyyətimizi, mətbəximizi təmsil etmək üçün süfrəmizin bəzəyi olan şəkərbura, paxlava, qoğal, Novruz bayramın simvolu olan səmənini avropalı gənclərə nümayiş etdiriblər, onlara bayram haqqında, mədəniyyətimiz barədə ətraflı məlumat veriblər.
Təşkilatın fəal üzvləri digər ölkələrdən olan gənclərə ADDIM-ın fəaliyyəti, layihələri haqqında da danışacaq, gələcəkdə hansı istiqamətlərdə əməkdaşlıq edə biləcəyimizi müzakirə edəcəklər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info