AMN erməni valideynləri övladlarını ölümə yollamamağa çağırdı
Tarix: 04.03.2015 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Ermənistanın Müdafiə naziri Seyran Ohanyanın bəyanatı vicdanını və şərəfini günahsız dinc insanların qanı ilə ləkələmiş cəlladın növbəti uydurmasıdır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Xocalıda, digər işğal olunmuş Azərbaycan ərazilərində mülki əhaliyə, o cümlədən körpələrə, qadınlara və ahıllara divan tutan bir şəxsin, öz torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşən Azərbaycan xalqını təhqir edərək insaniyyətdən danışmağa mənəvi haqqı və hüququ yoxdur: “Yüzlərlə uşaqları qanına qəltan edən bir cani və varvar valideyn olaraq öz övladlarının və Azərbaycanın işğal olunmuş ərazilərində nahaq yerə məhv edilən, yaralanaraq şikəst olan ermənilərin uşaqları və yaxınlarının gözünə baxa bilirsə, bu onun psixi cəhətdən anormal olmasını açıq-aydın sübut edir.
Bu gün və illərdir S.Ohanyanın və cinayətkar erməni rəhbərliyinin ağlasığmaz təkəbbürünün əvəzini erməni xalqı hər gün qapılarına gətirilən tabutlarla ödəyir.
Biz erməni valideynlərə müraciət edərək övladlarını mənasız xəyallar uğrunda ölümə yollamamağa çağırırıq. Çünki son erməni işğalçısı Azərbaycan torpaqlarını tərk edən günədək siz bundan da ağır və sarsıdıcı itkilərlə qarşılaşacaqsınız”.
Qeyd edək ki, fevralın 28-də işğal edilmiş ərazilərdə Azərbaycan Ordusu tərəfindən məhv edilmiş erməni hərbçilərinin martın 3-də keçirilən dəfn mərasimində çıxış edən Ermənistanın Müdafiə naziri Seyran Ohanyan Azərbaycanın ünvanına hədə-qorxu və təhqirəmiz ifadələrlə dolu fikirlər söyləyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info