Kamal Abdullayev Tbilisi Dövlət Universitetində çıxış edib
Tarix: 04.03.2015 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev martın 4-də Tbilisi Dövlət Universitetinin (TDU) professor, müəllim və tələbələri qarşısında çıxış edib.
Universitetin müəllimi, Beynəlxalq Psixolinqvistika Cəmiyyətinin sədri, professor David Qoçolidze bildirib ki, bu ali təhsil ocağında “Azərbaycan multikulturalizmi” fənni tədris olunacaq və Kamal Abdullayevin çıxışı da məhz bu mövzuya həsr edilib. Bildirilib ki, bu fənnin tədrisi zamanı tələbələrə həm mühazirələr oxunacaq, həm də onlar Azərbaycanda və digər ölkələrdə təcrübə keçəcəklər. Universitetdə “Azərbaycan multikulturalizmi” fənnini öyrənmək üçün 32 tələbə qeydiyyatdan keçsə də, faktiki olaraq onların sayı 100-ə çatıb.
Sonra Kamal Abdullayev Azərbaycan mədəniyyəti, multikulturalizm anlayışı, bu konsepsiyanın əhəmiyyəti, cəmiyyətdə tolerantlığın, hüquq bərabərliyinin bərqərar olmasındakı rolu barədə məlumat verib. Bildirib ki, bu gün Azərbaycanda bütün dini, milli azlıqlar bərabərhüquqludurlar və ölkəmizdə heç bir etnik problem yoxdur. Azərbaycandakı tolerantlıq digər ölkələr üçün əsl nümunədir. Ölkəmizdə bu mühitin formalaşmasında multikulturalizmin mühüm rolu olub.
K.Abdullayev təəssüf hissi ilə qeyd edib ki, bu gün bəzi Avropa ölkələrində, eləcə də qonşu ölkələrdə islamofobiya, dini qarşıdurmalar, monoetnik dövlət quruluşu mövcuddur. Bu da bizim üçün ciddi problemlər yaradır. Multikulturalizmin tədrisi gənc nəslin daha sağlam mühitdə böyüməsi, dövlətlərarası əlaqələrin daha şəffaf şəkildə inkişaf etməsi və gənclərin bu işdə rolunun artması baxımından çox faydalıdır.
Dövlət müşaviri bildirib ki, Gürcüstan, Rusiya, Litva, Çexiya, Bolqarıstan, İtaliya və Belarusun nüfuzlu universitetlərində bu yaz sessiyası, Almaniya, İsveçrə, Türkiyə, Ukrayna və Fransanın universitetlərində isə payız sessiyası zamanı “Azərbaycan multikulturalizmi” fənni tədris olunacaq. Multikulturalizm üzrə təhsil alan tələbələrin görüşləri təşkil olunacaq, onların iştirakı ilə “dəyirmi masa”lar, konfranslar və seminarlar keçiriləcək.
Universitetin professor və müəllimləri multikulturalizm konsepsiyasını, “Azərbaycan multikulturalizmi” fənninin tədrisinin əhəmiyyətini yüksək qiymətləndiriliblər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info