Ağ Yol-da müxalifət partiyaları daxilində gərginlik və qopmalar müzakirəyə çıxarıldı
Tarix: 04.03.2015 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Ağ Yol Vətəndaş Hərəkatının rəsmi “Facebook” səhifəsində, 550 minlik eyni adlı qrupunda və “tviter” hesabında müxalifət partiyaları içərisindəki gərginlik və qopmalar müzakirəyə çıxarılıb.
Politoloq, AXCP sədrinin sabiq müavini Razi Nurullayevin istefa verməsindən sonra Azərbaycan müxalifəti daha aydın çalarlarla görünməyə başlayıb. Hər kəsin intellekt sahibi və bir neçə Avropa dillərini mükəmməl bilən şəxs kimi tanıdığı Razi Nurullayev susmadı və AXCP sədri Əli Kərimlinin timsalında müxalifətin bütün paxırını açıb tökdü. Buradan belə nəticə hasil oldu ki, müxalifət içərisində də qaranlıqla işığın, keçmişlə gələcəyin və xeyirlə şərin mübarizəsi gedir.
Aydın oldu ki, müxalifət liderləri üçün elə oturduqları müxalifət kreslosu daha önəmlidir. Beynəlxalq aləmdə az qala bütün Azərbaycan müxalifətinin sözçüsünə çevrilən Razi Nurullayevlə yolunu ayırmaqla Əli Kərimli hələ bundan sonra da hansı yolla olursa olsun, AXCP sədri kimi qalacağını bəyan etmiş oldu.
İndiyə kimi müxalifətlə yolunu ayıranların analizini aparan zaman məlum olur ki, onların ləkələnməsi bir mərkəzdən baş verib. Əli Kərimli ilə yolunu ayıranlara “satqın” damğası vurulub. Ancaq, artıq siyasi səhnədə də kifayət qədər durulaşma olub. Xalq doğurdan da köhnə simalardan bezib və yenilik axtarışındadır. Yeniliyə uyuşmayan köhnələr isə özlərini siyasi səhnədə saxlamaq üçün yenilik tərəfdarlarını sıradan çıxarmaq yolunu tuturlar. Amma, unutmaq olmaz ki, zəka sahiblərini susdurmaq çox çətindir. İntellektlə nadanlığın vuruşunda hər zaman zəka qalib olub.
Məsələ burasındadır ki, müxalifət apardığı siyasi mübarizədə heç bir yenilik etmir. Danışmağa və tənqidə üstünlük verən müxalifət xalq tərəfindən qınanır. Çünki, onlar nə yeni proqram təqdim edirlər, nə də yeni yanaşma. Bütün sivil ölkələrdə müxalifət xalqa proqramını açıqlayır və görəcəyi işlərə xalqdan dəstək istəyir. Azərbaycan müxalifətinin böyük bir hissəsi isə ümumi sözçülüklə məşğul olur. Bunun da nəticəsində, xalqın etimadını qazana bilmir.
Vacib olan məsələlərdən biri də siyasi mədəniyyətin olmamasıdır. Siyasi istefa mədəniyyətinin olmaması, müxalifət daxilində avtoritarizmə və diktatura tipli idarəetməyə gətirib çıxarır. Elə Razi Nurullayevin istefasından sonra yaydığı bəyanatda da bu bariz şəkildə ifadə olunmuşdu. Əgər siyasi partiyada üzvlərin karyera inkişafı mümkün görünmürsə, demək ki, o siyasi təşkilat inkişaf edə bilməz. Üzvlərin maraqları təmin olunmayan təşkilat sonunda ya məhvə, ya da radikal dəyişikliyə məhkumdur. Bu zaman isə ağrılı proseslər baş verir. Elə Razi Nurullayevin istefası ilə də müxalifətdə ciddi təlatümlər yaşandı.
Son zamanlar baş verən siyasi hadisələri analiz edərək belə nəticəyə gəlmək olar ki, doğurdan da Azərbaycan müxalifətində keyfiyyət dəyişikliyi baş verməlidir. Köhnə təfəkkür, yeni təfəkkürlə əvəzlənməlidir. Əks halda, xalqla siyasət arasında olan uçurum daha da dərinləşəcək.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info