I-VI siniflər üzrə 20 dərslik komplektinin istifadəsi məqsədəuyğun deyil
Tarix: 04.03.2015 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) son 2 ildə (2013/2014-cü tədris ili) respublikanın ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi haqqında məlumat açıqlayıb. TQDK-dan verilən xəbərə görə, komissiya tərəfindən respublikanın ümumtəhsil məktəblərində I-XI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) istifadədə olan 391 dərslik, 154 müəllim üçün metodik vəsait və 58 iş dəftərinin elmi-metodiki monitorinqi həyata keçirilib. Bunlardan yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış I-VI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 135 dərslik, 151 müəllim üçün metodik vəsait, 58 iş dəftəri müzakirə edilib və 20 dərslik komplektinin istifadəsi məqsədəuyğun hesab edilməyib. Qüvvədə olan tədris proqramları əsasında hazırlanmış VII-XI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 156 dərslik və 4 müəllim üçün metodik vəsait müzakirə edilib. 2014-cü ilin mart-aprel aylarında TQDK-da Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən ötən tədris ilində monitorinqi aparılmış II və III siniflər üzrə dərslik komplektlərinin təkrar çapı ilə bağlı, onların nəşrəqədərki maketlərinin elmi-metodiki monitorinqi aparılıb. Bütün fənlər üzrə dərslik komplektlərində ötən il yekun rəylərdə göstərilmiş irad və təkliflərin əksəriyyəti nəzərə alınıb. Buna baxmayaraq, yenidən II və III siniflər üzrə dərslik komplektlərinin (Azərbaycan və rus bölmələri birlikdə: II sinif üzrə 19 adda dərslik və 21 adda müəllim üçün metodik vəsait; III sinif üzrə 19 adda dərslik və 19 adda müəllim üçün metodik vəsait) elmi-metodiki monitorinqi aparılıb, nəticədə məzmuna, dil və yazı üslubuna, bədii tərtibat və dizayna, verilən tapşırıqların elmi-metodiki uyğunluğuna və müəllim üçün metodik vəsaitin məzmununa görə formalaşdırılmış yeni rəylər Təhsil Nazirliyinə göndərilib və “Dərslik portalı”nda yerləşdirilib.
2014-cü ilin may-iyun aylarında Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış və istifadəsi VII siniflər üçün nəzərdə tutulmuş dərslik komplektlərinin maketlərinin qiymətləndirilməsi aparılıb. 21 adda 41 dərslik komplekti maketlərinin “Dərsliklərin qiymətləndirilməsi meyarları”na əsasən qiymətləndirilməsi həyata keçirilib və müvafiq materiallar Təhsil Nazirliyinə göndərilib. Şöbə tərəfindən qüvvədə olan tədris və yeni təhsil proqramlarına (kurikulumlar) uyğun dərsliklər əsasında TQDK-da hazırlanmış “Siniflər üzrə test kitabçaları” və “Dərs vəsaitləri”nin də elmi-metodiki monitorinqi həyata keçirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info