Mənzil-kommunal sahəsində yeni münasibətlər formalaşır
Tarix: 04.03.2015 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


Sumqayıtda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Mənzil fondunun idarə edilməsində yeni üsulların tətbiqi” mövzusunda tədbir keçirilib.
Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, şəhər bələdiyyəsinin və çoxmənzilli binalarda yaradılan məhəllə komitələrinin nümayəndələri, mənzil mülkiyyətçiləri və bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektləri iştirak edib. Tədbirin əsas məqsədi mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlərin müzakirə olunması, bu sahədə bazar iqtisadiyyatı prinsiplərinin tətbiqinin sürətləndirilməsi, eləcə də mənzil mülkiyyətçiləri ilə birgə müzakirələrin aparılması və ictimaiyyətin bu sahədə maarifləndirilməsidir. Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tariyel Hacıyev dövlət başçısının ölkə regionlarının sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizin hər yerində olduğu kimi, Sumqayıtda da əhalinin həyat səviyyəsinin yüksəldiyini, mənzil fondunun genişləndiyini və müasir tələblər əsasında yenidən qurulduğunu bildirmiş, belə tədbirlərin sakinlərin mənzil fondunun idarə edilməsi sahəsində məlumatlandırılmasında əhəmiyyətini diqqətə çatdırıb. İqtisadiyyat və Sənaye Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov mənzil-kommunal sahəsində aparılan institusional islahatlar barədə məlumat verib. Qeyd edilib ki, aparılan iqtisadi islahatlar nəticəsində digər sahələrlə yanaşı, mənzil-kommunal təsərrüfatı sektorunun inkişafında da əhəmiyyətli tədbirlər həyata keçirilmiş, bu sahədə beynəlxalq tələblərə cavab verən qanunvericilik bazası Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qəbul edilib. Məcəllə qabaqcıl dövlətlərin təcrübəsi əsasında, ölkənin milli xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb. Sənəddə bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi, mənzil-kommunal sahələrinin idarə edilməsinin təkmilləşdirilməsi və aparılacaq islahatların əsas istiqamətləri müəyyən olunub. Məcəllədə yeniliklərdən biri də dövlət mənzil fondu ilə yanaşı, bələdiyyə mənzil fondu və özəl mənzil fondunun da müəyyən olunmasıdır. Dövlət mənzil fondunun idarə olunması dövlət tərəfindən, bələdiyyə mənzil fondu bələdiyyələr və özəl mənzil fondu isə mülkiyyətçilərin özləri tərəfindən idarə olunmalıdır.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti: “Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək”
20.09.2019
“Neftdən əldə edilən gəlirlərin xalqın rifahına yönəltmək kimi əsas məqsədə nail olundu”
20.09.2019
Sahibkarların nəzərinə!
20.09.2019
“Azərbaycanın bütün sahələrində olduğu kimi, dağ-mədən və hasilat sahəsində də inkişaf yaşanır“
20.09.2019
Naxçıvanda beynəlxalq standartlara cavab verən su təchizatı və kanalizasiya sistemləri qurulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10890

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info